Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı

18.10.2025 14:39 567
Qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq elektrik avadanlığından istifadə etməklə balıq ovlayan rayon sakinləri, S. Hümbətov, N. Rəcəbov, H. Bayramov saxlanılıblar.

Onların Gorançay çayının rayon ərazisindən keçən hissəsində elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olduqları müəyyən edilib.

Həmin şəxslər saxlanılan zaman onlardan müxtəlif elektrik avadanlıqları və qanunsuz ovlanmış balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər