Deputat: Mətbuat Şurası ilə bağlı ayrıca qanuna ehtiyac var » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:15 Azərbaycanda YENİLİK: Buna görə hər dəfə 2 qəpik tutulacaq  |     15:53 Azər Baxşəliyev vəfat etdi  |     15:48 “iPhone 14” və “iPhone SE” modelləri Avropada qadağan edildi  |     15:45 Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək  |     15:41 Hətta köhnə çayın da zərəri var: Bayram süfrəsinin ən tez xarab olan və zəhərləyən qidaları  |     15:38 Leyla Əliyeva Şahdağdan ailə fotolarını paylaşdı - FOTO  |     15:30 "Formula-1" üzrə Azərbaycan Qran-prisinin vaxtı bəlli olub  |     15:24 Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb  |     15:17 İranda zəlzələ olub  |     13:49 Əhaliyə göstərilən istilik xidmətinin tarifi dəyişib  |     13:47 2025-ci ilin yayında müqavilələri başa çatan ən bahalı futbolçular - SİYAHI  |     13:41 Azərbaycanda elektrik enerjisinin yeni tarifləri müəyyən edilib  |     13:28 Səudiyyə Ərəbistanı altı İran vətəndaşını edam etdi  |     13:09 Ronaldu gələcəyi ilə bağlı qərar verdi  |     12:23 Yeni il günü fransızlar minə yaxın avtomobili yandırdılar  |     12:16 İsrailin keçmiş müdafiə naziri deputat mandatından imtina edib  |     11:53 Rusiyada Kazan hava limanının fəaliyyəti məhdudlaşdırıldı  |     11:37 Cəlilabadda üç gün əvvəl ölmüş kişinin meyiti TAPILDI  |     11:28 Gəncədə iki avtomobil TOQQUŞDU: Yaralılar var  |     11:26 Avtobus dayanacağının nişanı var, özü isə yoxdur - Sərnişinlərdən ŞİKAYƏT (VİDEO)  |    

Deputat: Mətbuat Şurası ilə bağlı ayrıca qanuna ehtiyac var

“Mətbuat Şurası haqqında” qanun layihəsi hazırlanır.

Bu barədə millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 17-də keçirilən iclasında məlumat verib.

O qeyd edib ki, artıq qanun layihəsinin hazırlanması ilə bağlı İşçi Qrupu sözügedən sənədin hazırlanmasına başlayıb:

“Qeyd edim ki, bir müddət öncə Azərbaycan jurnalistlərinin VII qurultayı keçirildi və orada belə qərara alındı ki, Mətbuat Şurası ilə bağlı ayrıca qanun layihəsi hazırlansın. Artıq qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupu yaradılıb və o, sözügedən sənədin hazırlanmasına başlayıb.

Hesab edirəm ki, bu sənəd Mədəniyyət komitəsi ilə bağlı olduğuna görə onun hazırlanmasında komitəmizin də yaxından iştirakı lazımdır”.

Adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov da ayr-ayrı sahəvi qanunlara ehtiyac olduğunu bildirib.

Deputat onu da əlavə edib ki, AMŞ müvafiq əsasnamə ilə fəaliyyət göstərir və bu baxımdan, əgər gələcəkdə lazım gələrsə, bu qurumun fəaliyyətinin tənzimlənməsi ilə bağlı ayrıca qanun layihəsi müzakirələrə çıxarıla bilər:

“Yəni, daha geniş hüquqi zəminə ehtiyac olarsa, təbii ki, o zaman yeni qanun layihəsi müzakirələrə təqdim oluna və qəbul edilə bilər. Amma indiki halda AMŞ müvafiq əsasnamə əsasında da öz işini davam etdirə bilər və davam etdirir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 394 18.04.18 12:28