Azercell” satıldı - 273.5 milyon dollara » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:47 Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı  |     18:39 Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətini uzatdı  |     18:32 Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı  |     18:19 Bakıda həbs edilən rusiyalı sabiq hakim SƏRBƏST BURAXILDI  |     18:16 "MTV" və "Dünya TV"nin yayımı 3 saatlıq dayandırılacaq  |     17:44 Azərbaycanda professor vəfat etdi  |     17:32 Rusiyada dələduzluqda ittiham olunan azərbaycanlı vəkilin həbs müddəti uzadıldı  |     17:19 Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb  |     17:12 Dövlət qurumuna işə düzəltmək adı ilə vətəndaşları aldadan keçmiş məhbus ƏLƏ KEÇDİ  |     16:58 Qızılın qiyməti bu həftə ikinci dəfə tarixi maksimumu yenilədi  |     16:52 Mingəçevirdə halı pisləşən şagird öldü (YENİLƏNİB)  |     16:46 Azərbaycan Ukraynaya humanitar yardım üçün bir milyon ABŞ dolları ayırıb  |     16:45 Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi  |     16:26 Kreml Qazaxıstanın AZAL təyyarəsi ilə bağlı hesabatını şərh edib  |     16:19 Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi  |     16:07 Özünü "polkovnik" kimi təqdim edən bərbərə səkkiz il həbs cəzası verildi  |     14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |    

Azercell” satıldı - 273.5 milyon dollara

Finlandiya-İsveç telekommunikasiya şirkəti “Telia” Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”dəki payını satdığını elan edib.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, şirkət bu satışı Mərkəzi Asiya bazarlarını tərk etmək barədə 2015-ci ildə elan etdiyi strategiyaya əsasən həyata keçirib. Bu vaxta qədər “Telia” Nepal, Tacikistan və Gürcüstan telekommunikasiya bazarını tərk etmişdi.

Açıqlamaya görə “Telia” Azərbaycanın mobil rabitə şirkəti “Azercell”dəki 51.3 faizlik səhm payını 273.5 milyon dollara satmağa razılaşıb. “Azercell”in səhmlərinin 51.3 faizini alan Azərbaycanın “AzİnTelecom” MMC şirkətidir. Bu barədə “Telia” şirkətindən yayılan açıqlamada deyilir.

“Fintur Holdings BV “Azercell” mobil rabitə operatorunun yeganə səhmdarı olan “Azertel Telekommunikasyon Yatırım Diş Ticarət A.Ş. şirkətinin səhmlərinin 51.3 faizini “AzİnTelecom”a satmağa razılıq verib”-şirkət bildirir.

“AzİnTelecom” şirkəti 2015-ci ilin iyun ayında Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Şirkət Azərbaycanla xarici ölkələr arasında səs trafiki mübadiləsi, telekommunikasiya avadanlıqlarının lisenziyalaşdırılması və digər xidmətlərlə məşğul olur.

“Telia” bildirir ki, “Azercell”in səhmlərinin satışına dair sövdələşmə hələ rəsmiləşməyib. Bununla belə “Telia” Avrasiya və Mərkəzi Asiya bazrlarından çəkilməsi bu il başa çatdıracağına ümid edir. Xatırladaq ki, “Telia” Özbəkistan telekommunikasiya bazarında ciddi korrupsiya sövdələşmələrinə girdiyi üçün qalmaqalla üzləşib. Şirkətin mərhum prezident İslam Kərimovun qızı Gülnara Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi üzə çıxmışdı. Nəticədə “Telia” milyardlarla dollar cərimə ödəməli olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 551 05.03.18 15:56