Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi  |     22:58 General-leytenant təqaüdə göndərildi  |     22:53 Azərbaycanda 4 şirkət ləğv edildi  |     22:49 Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur  |     22:44 Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı  |     22:36 ABŞ olimpiya iştirakçısının tutulmasına görə 10 milyon dollar mükafat təyin etdi  |     22:31 "50 qəpik" avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı  |     22:25 Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür  |     22:16 Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu  |     22:10 Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti "Manus" təqdim edildi  |     22:04 Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO  |     21:57 HƏMAS: Qəzzada aclığın ilk əlamətləri müşahidə olunur  |     21:53 KİV: Filippinin keçmiş prezidenti Haaqada məhkəmə qarşısına çıxarılacaq  |     21:47 MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ  |     21:42 Paşinyan ilk dəfə Türkiyə mediasına müsahibə verib  |     21:35 “Azəriqaz” Cəbrayılda əmək yarmarkası keçirəcək  |     21:30 Yeniyetmələrin dərs və gecə vaxtı “TikTok”a girişi məhdudlaşdırılır  |     21:22 Azərbaycanın həndbol millisi Moldovaya məğlub olub  |     21:17 Tennis hakimi korrupsiyaya görə 6 illik diskvalifikasiya edilib  |     21:09 Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib  |    

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilib

Uşaqların birinci sinfə qəbulu prosesində Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən və sıxlıq müşahidə edilən bir sıra ümumi təhsil müəssisələrinə qəbul zamanı üstünlük hüququ (prioritet) tətbiq olunub.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, uşağın ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşaması, bacı və ya qardaşlarından birinin həmin məktəbdə təhsil alması və valideynlərindən birinin orada işləməsi meyarları nəzərə alınacaq.

Qeyd edilib ki, ötən il üstünlük hüququ tətbiq edilən Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin siyahısı və həmin müəssisələrin müəyyən edilmiş mikroəraziləri ictimaiyyətə elan edildi. Bu il isə Sumqayıt şəhəri üzrə də prioritet tətbiq edilən ümumi təhsil müəssisələrinin mikroəraziləri ictimaiyyətə elan ediləcək.

Vətəndaşlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub, martın 3-nə kimi 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            447 12.02.25 14:42