Bu şirkətlərə cinayət işi açıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi  |     22:58 General-leytenant təqaüdə göndərildi  |     22:53 Azərbaycanda 4 şirkət ləğv edildi  |     22:49 Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur  |     22:44 Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı  |     22:36 ABŞ olimpiya iştirakçısının tutulmasına görə 10 milyon dollar mükafat təyin etdi  |     22:31 "50 qəpik" avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı  |     22:25 Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür  |     22:16 Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu  |     22:10 Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti "Manus" təqdim edildi  |     22:04 Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO  |     21:57 HƏMAS: Qəzzada aclığın ilk əlamətləri müşahidə olunur  |     21:53 KİV: Filippinin keçmiş prezidenti Haaqada məhkəmə qarşısına çıxarılacaq  |     21:47 MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ  |     21:42 Paşinyan ilk dəfə Türkiyə mediasına müsahibə verib  |     21:35 “Azəriqaz” Cəbrayılda əmək yarmarkası keçirəcək  |     21:30 Yeniyetmələrin dərs və gecə vaxtı “TikTok”a girişi məhdudlaşdırılır  |     21:22 Azərbaycanın həndbol millisi Moldovaya məğlub olub  |     21:17 Tennis hakimi korrupsiyaya görə 6 illik diskvalifikasiya edilib  |     21:09 Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib  |    

Bu şirkətlərə cinayət işi açıldı

Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı bir neçə şirkət barəsində cinayət işləri başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhərinin Qaradağ, Binəqədi və Xəzər rayonları, həmçinin Tərtər rayonu ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi, Xəzər rayonu ərazisində yerləşən “Türkan-I” əhəngdaşı yatağında “İ.K.S.S” MMC, Tərtər rayonu ərazisində yerləşən “Tərtərçay” qum-çınqıl yatağında “Azəri” MMC, habelə Binəqədi rayonu ərazisində Goradil bağlar massivində naməlum şəxs (şəxslər) tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi zəbt edilərək, qanunsuz mişar daşı, qum-çınqıl, qarışıq qum və süxur hasilatı işlərinin aparılması nəticəsində təbiətə 354 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanlarına göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 11.02.25 21:58