Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmədə şahidlərin dindirilməsi başa çatdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |     18:52 Sosial şəbəkələrdə tanınmışlara aldadıb pul alanlar tutuldu (FOTO/VİDEO)  |     18:45 Baş prokuror Qaradağda vətəndaşları qəbul etdi  |     18:36 Metronun iş vaxtı 1 saat uzadılır  |     18:30 NATO-dan Ukraynaya təhlükəsizliyi ilə bağlı 2 təklif  |     18:22 “Öyrənmək gec deyil” deyib 68 yaşında bu addımı atdı - VİDEO  |     18:15 Rusiyada azərbaycanlılardan ibarət dəstə saxlanıldı - Video  |    

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmədə şahidlərin dindirilməsi başa çatdı

Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Medera" hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə davam etdirilib.

Median.Az
apa-ya istinadən xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə Ağadadaş Ağayevin səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilmədiyi elan olunub.

Prosesdə şahid qismində Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, "Medera Hospital"da xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindirilib.

Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər üç şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadələr arasında ziddiyyət olduğunu bildirib.

Daha sonra cinayət işi üzrə şahidlərin dindirilməsinin başa çatdığı elan olunub.

Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.

Proses fevralın 6-da davam etdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 23.01.25 17:43