NATO-dan Ukraynaya təhlükəsizliyi ilə bağlı 2 təklif » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |    

NATO-dan Ukraynaya təhlükəsizliyi ilə bağlı 2 təklif

NATO ölkələri Rusiya ilə sülh razılaşması müqabilində Ukraynaya təhlükəsizlik zəmanəti üçün iki variant təklif etmək istəyir.

Bununla bağlı Amerikanın “Foreign Policy” jurnalına yüksəkvəzifəli Qərb rəsmisi məlumat verib.

Onun sözlərinə görə, birinci variant ondan ibarətdir ki, alyans ölkələri atəşkəs razılaşmasından sonra uzun illər Ukraynaya hərbi və iqtisadi yardım göstərəcəklərini vəd edəcəklər. Bu plana əsasən də Kiyevə nə vaxtsa NATO-ya üzv olması ilə bağlı icazə veriləcək.

İkinci variant isə NATO-nun bir üzvünə hücumun hamıya hücum hesab edilməsi müddəasını özündə əks etdirən maddənin Ukrayna ərazisinə də şamil edilməsidir. Bu halda, Avropa, ABŞ və Kanada Ukraynanı qorumağa borclu olacaq. Amma bütün bunlar baş versə, NATO Moskva ilə münaqişəyə cəlb olunacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            198 23.01.25 18:30