Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |     21:41 Trampın çıxışından sonra neftin qiyməti aşağı düşüb  |     21:28 Zaxarova: Rəsmi İrəvandan üçtərəfli razılaşma ilə bağlı bunu eşitməmişəm  |     21:20 Türkiyə 27 iranlı məhbusu ölkəsinə qaytarıb  |     21:07 Bu qurum da ƏDV-dən azad olundu  |     20:44 Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak etdi  |     20:35 İraq ABŞ-İran təmaslarında vasitəçilik etməyə hazırdır  |     20:17 Xaçmazda asılmış kişi meyiti tapıldı  |     20:09 İtaliyada avrokubok oyunundan əvvəl üç azarkeş bıçaqlanıb  |     20:01 Abşeronda bank kartlarından oğurluğa görə 5 nəfər tutuldu  |     19:49 "Yuventus"un müdafiəçisi karyerasını İngiltərədə davam etdirə bilər  |     19:28 Meteohəssas insanlar üçün sabahın PROQNOZU  |     19:20 Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq  |     19:11 "MPay" cərimələndi - Sədri Dövlət Əmək Müfəttişliyini məhkəməyə verdi  |     19:03 Trampdan Kreml liderinin ünvanına sərt ifadələr: “Putinin işi o qədər də yaxşı deyil”  |     18:57 Kanada Rusiya aktivlərinin 350 milyon dollardan çox hissəsini dondurdu  |     18:52 Sosial şəbəkələrdə tanınmışlara aldadıb pul alanlar tutuldu (FOTO/VİDEO)  |    

Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsinin qəbul edilməsini çox ehtimal edir.

"Vətəndaş cəmiyyətinin təşəbbüsü var idi, hökumətimiz bu qanun layihəsini təsdiqlədi və parlamentimizin də onu qəbul edəcəyi ehtimalı yüksəkdir. Bu o deməkdir ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq", - deyə Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində bildirib.

Bundan əlavə, o, Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların tezliklə başa çatacağına və müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.

Məlumat üçün bildirək ki, yanvarın 9-da Ermənistan hökuməti respublikanın Avropa İttifaqına üzvlüyü haqqında qanun layihəsini təsdiqləyib. Paşinyanın bildirdiyinə görə, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qərar ümumxalq referendumu yolu ilə qəbul edilməlidir.
 
///reportскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 23.01.25 19:20