Daxil olan müraciət əsasında Bakı şəhəri, Sabunçu rayonu, R.Axundov küçəsi, ev 43 ünvanında yerləşən "Moon Pub"da yoxlama keçirilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı fiziki şəxs Zaur İslam oğlu Əliyevə məxsus restoranın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ tələblərin pozulduğu müəyyən olunub. Həmçinin, ictimai iaşə müəssisəsində saxta alkoqollu içkilər aşkarlanıb.
Müayinələrin aparılması üçün nümunələr müvafiq laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
Faktla bağlı cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.
комментариев