Bu gün İtaliyada yerli "Latsio" və İspaniyanın "Real Sosyedad" komandaları arasında keçiriləcək matçdan əvvəl azarkeşlər arasında qarşıdurmada üç nəfər xəsarət alıb.
Bu barədə "Football Espana" nəşri məlumat yayıb.
Həmin fanatların bıçaqlandığı bildirilib. Hər iki klubun tərəfdarları arasında oyundan əvvəl əlbəyaxa dava olub. Meydan sahiblərinin 80-dən çox azarkeşi münaqişədə iştirak edib.
Bıçaqlanan şəxslərdən ikisi ağır yaralanıb. Yerli polis hazırda məsələ ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
///report