Cərrahi əməliyyatlar ötən illərlə müqayisədə artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:43 Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmədə şahidlərin dindirilməsi başa çatdı  |     17:34 Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi  |     17:19 Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA ( SƏS YAZISI)  |     17:07 Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər  |     16:53 Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaqlar  |     16:51 Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır  |     16:49 Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər  |     16:48 Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar  |     16:09 Hərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir  |     16:08 Hikmət Mirzəyevə yeni müavin təyin olunub  |     15:51 Bakıda tarixi abidədə iki dəfə qanunsuz söküntüyə cəhd olub  |     15:47 Qəbələdə göldə bir nəfər batıb  |     15:35 Ermənistan KİV: "Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb"  |     15:27 Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO  |     15:26 Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb  |     15:22 Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım - VİDEO  |     14:18 BDU-nun laborantı vəfat edib  |     14:03 13 il sonra Türkiyədən Suriyaya ilk uçuş  |     13:59 İsrail və "Hizbullah" atəşkəsi uzatmaq niyyətindədirlər  |     13:58 Azərbaycanda boşanmaq üçün müraciət edən şəxsin cinayəti üzə çıxdı, həbs edildi  |    

Cərrahi əməliyyatlar ötən illərlə müqayisədə artıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinə keçən il ümumilikdə 24 milyon 63 min 849 müraciət qeydə alınıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, bunlardan 588 431-i stasionar, 23 475 418-i ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23%, 2023-cü illə müqayisədə 10% çox olub.

Keçən il göstərilən xidmət sayında ötən illərlə müqayisədə artım müşahidə olunub. Belə ki, sözügedən müddət ərzində 82 426 768 (11 202 755 stasionar, 71 224 013 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən tibbi xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 54%, 2023-cü illə müqayisədə isə 21% artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ötən il ərzində 33 343 857 sayda laborator müayinələr aparılıb ki, onların da 5 209 889-u stasionar, 28 133 968-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayı 2022-ci illə müqayisədə 112%, 2023-cü illə müqayisədə isə 31% artım qeydə alınıb.

Cərrahi əməliyyat və prosedurlarda da ötən illərlə müqayisədə artım müşahidə olunub. İl ərzində 375 520 cərrahi əməliyyat və prosedur (345 191-i stasionar, 30 329-u ambulator olmaqla) icra olunub. Ötən illərlə müqayisə etdikdə cərrahi əməliyyat və prosedurlar 2022-ci illə müqayisədə 16%, 2023-cü illə müqayisədə isə 9% artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 23.01.25 11:59