Xətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:34 Yeniyetməyə qarşı əxlaqsızlıq edən molla həbs edildi  |     17:19 Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA ( SƏS YAZISI)  |     17:07 Azərbaycanlı deputatlar Belarusda prezident seçkisini müşahidə edəcəklər  |     16:53 Azərbaycanda ilkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaqlar  |     16:51 Azərbaycanda mülki odlu silah əldə etmək üçün tələb olunan yaş həddi artırılır  |     16:49 Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər  |     16:48 Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar  |     16:09 Hərbi formanı qanunsuz daşıyanları 1000 manatadək cərimə gözləyir  |     16:08 Hikmət Mirzəyevə yeni müavin təyin olunub  |     15:51 Bakıda tarixi abidədə iki dəfə qanunsuz söküntüyə cəhd olub  |     15:47 Qəbələdə göldə bir nəfər batıb  |     15:35 Ermənistan KİV: "Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb"  |     15:27 Nəsimi rayonunda polisin əməliyyatları zamanı 16 kiloqram narkotik vasitə aşkarlanıb - VİDEO  |     15:26 Bakıda avtovağzal yaxınlığında qəza olub, sıxlıq yaranıb  |     15:22 Prezidentin gəlinindən Arzu Əliyevanın doğum günü ilə bağlı paylaşım - VİDEO  |     14:18 BDU-nun laborantı vəfat edib  |     14:03 13 il sonra Türkiyədən Suriyaya ilk uçuş  |     13:59 İsrail və "Hizbullah" atəşkəsi uzatmaq niyyətindədirlər  |     13:58 Azərbaycanda boşanmaq üçün müraciət edən şəxsin cinayəti üzə çıxdı, həbs edildi  |     13:33 Ermənistanın xarici kəşfiyyatı KTMT-də iştirakla bağlı hesabat dərc edib  |    

Xətai rayonunda içməli su fasilələrlə verilir? - AÇIQLAMA (VİDEO)

Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.

Vətəndaşlar bildiriblər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, qeyd olunan ərazidə suyun verilməsi qrafikli rejimlə tənzimlənir. Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.

Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Sözügedən yaşayış binasından su çənlərinin yığışdırılması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid məsələ deyil.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaların damından çənlər yığışdırılsa da, fasiləsiz su ilə təmin olunmayan ünvanlarda sakinlər su çənlərindən istifadə edə bilərlər. Amma burada da xüsusi meyarlar var.

İcra Hakimiyyətindən o da əlavə olundu ki, su çənlərinin yığışdırılmasına səbəb damların əsaslı təmiri, bir çox lift şaxtalarının yüklənməsi və binalardakı təhlükə ilə əlaqədar olub.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 23.01.25 11:33