Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:00 Keçmiş “Dostluq” kinoteatrının yenidən qurulması üçün elan olunan müsabiqə martın əvvəli başa çatacaq  |     18:59 Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar yeni artımlarla birgə ödəniləcək  |     18:58 Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     18:58 Türkiyə ordusu Suriyada əməliyyat keçirib, üç terrorçu öldürülüb  |     18:57 Fransada məlumat emalı mərkəzləri və süni intellekt infrastrukturuna 20 milyard avro yatırılacaq  |     18:56 Sabah Bakıda hava yağmursuz olacaq  |     18:55 Ermənistanda avtomobildə qumbara partlayıb, xəsarət alan var  |     18:55 Bakıda restoranda zəhərlənmə olub, AQTA araşdırmaya başlayıb  |     18:54 Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini bərpa edib  |     18:53 Saatlıda vətəndaşların 30 min manatını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     18:52 Dublinin mərkəzində bıçaqlı hücum nəticəsində üç nəfər xəsarət alıb  |     18:52 Misir atəşkəsin başlanğıcından Qəzzaya 5 min humanitar yardım yüklü maşın göndərib  |     18:50 Pensilvaniyada zavod partlayışı nəticəsində 10-dan çox insan xəsarət alıb  |     18:45 Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlanıb  |     18:44 Böyük Britaniyada 300 min il öncə adalarda yoxa çıxmış ilanlar tapılıb  |     18:41 Bakı-Quba yolunda 20 yaşlı oğlanı maşın vurub  |     18:26 "İnter Mayami" klubu yeni mövsüm üçün formalarını təqdim edib  |     18:14 Naxçıvanda iki qurumdan birgə əməliyyat: "Smerç" raketinin hissəsi tapıldı  |     17:53 Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub - FOTO  |     17:33 İkiqat dünya çempionumuz milli komandanın heyətindən çıxarılıb - SƏBƏB  |    

Azərbaycanla Ermənistan bu məsələdə razılığa gəldi

2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Görüş zamanı Tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın, Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycanın və Ermənistanın İranla ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 16.01.25 18:40