Meyvə şirəsinin içindən çıxan nədir? - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xanım sərnişinə qarşı nəlayiq hərəkət edən daha bir taksi sürücüsü tutuldu  |     22:57 Bakıdakı yeni park belə olacaq (VİDEO)  |     22:50 Əməkdar artist dövlətin pulsuz təyin etdiyi dərmanı niyə 80 manata alır?  |     22:42 Məşhur tikinti şirkəti yarım milyon borca düşdü  |     22:36 Bu adalarda iki həftə ərzində 900-dən çox zəlzələ baş verib  |     22:29 "Golden Beach"də faciə: Cəryan vurub öldürdü  |     22:23 DGK Çin şirkətindən 3 milyonluq müşahidə avadanlığı alır  |     22:17 6 min manat müavinəti kimlər və necə ala bilər?  |     22:10 Konsul Bakıda saxlanılan Rusiya vətəndaşları ilə 3 saatlıq görüş keçirib  |     22:02 Arzu Əliyeva Leyla Əliyevanı təbrik etdi - VİDEO  |     21:55 Rusiyada iki azərbaycanlı kriminal avtoritet saxlanıldı - VİDEO  |     21:46 Ermənistan ordusunun azərbaycanlı əsirlərə işgəncələri barədə məhkəmədə ifadələr dinlənilib  |     21:38 Rusiya konsulu "Sputnik Azərbaycan"ın həbsdə olan redaksiya rəhbərliyi ilə görüşüb  |     21:33 Emin Ağalarov Rusiyadakı konsertinin təxirə salınmasının səbəbini izah edib  |     21:25 Rusiya turoperatorları Azərbaycandakı bu ölkədən olan turistlərdən şikayət almayıb  |     21:18 Ötən ay 17 aptekdə yoxlama aparılıb  |     21:13 Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb  |     21:05 Beyləqanda 16 yaşlı oğlan kanalda batıb  |     21:02 "Sputnik Azərbaycan"ın beş əməkdaşı sərbəst buraxıldı  |     21:00 FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib  |    

Meyvə şirəsinin içindən çıxan nədir? - VİDEO

"Bunu hər gün nə qədər insan içir. Biri izah etsin ki, içində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə iyrəncdir".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri bloqer Əfsanə Fərəczadə sosial şəbəkə hesabında paylaşdığı videoya şərh olaraq yazıb. "Natura" meyvə şirəsi alan xanım onun içməyə yararsız olduğunu deyib. Qadının paylaşdığı videodan görünür ki, şirənin qutusundan kifəbənzər çürüntü çıxır.

Belə ki, bloqer məhsulun üzərindəki yararlılıq müddətinin keçmədiyini vurğulayaraq bildirib ki, öncə qapağı adi formada açıb, amma şirəni stəkana tökmək istəyəndə normadan az süzüldüyünün fərqinə varıb. Qutunu kəsmək qərarına gələn bloqer onun içindəki məhlulla qarşılaşanda təəccüblənib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan görüntü Agentlik tərəfindən nəzarətə götürülüb: "Məsələ qanunvericiliyə uyğun olaraq araşdırılacaq və müvafiq tədbir görüləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. İstehlakçılardan xahiş olunur ki, qida sahəsində hər hansı bir uyğunsuzluqla rastlaşdıqda araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün mütləq şəkildə AQTA-nın "1003" qaynar xəttinə məlumat versinlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            948 19.11.24 15:58