82 ölkə aclıq və yoxsulluqla mübarizə üçün birləşdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |     11:42 Şəkidə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada öldü  |     11:24 Şəhid ailələrinin yaşayış sahəsi uçotuna dair YENİ QAYDALAR  |     22:23 Kamçatkadakı göldə təcrid olunmuş hannibal balıq populyasiyası tapıldı  |     22:16 İdman salonuna getmədən necə 10 kq arıqlamaq olar? - Məşqçidən 5 məsləhət  |     22:10 10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib (RƏSMİ)  |     21:53 Süni zəka beyində şişləri tapa biləcək  |    

82 ölkə aclıq və yoxsulluqla mübarizə üçün birləşdi

Braziliyanın təşəbbüsü ilə yaradılan Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyansa 80-dən çox ölkə qoşulub.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin Prezidenti Luiz İnasio Lula da Silva Rio-de-Janeyroda "İyirmilik Qrupu"nun (G20) sammitinin açılışında bildirib.

"Artıq 82 ölkə, 26 beynəlxalq təşkilat, 9 maliyyə institutu, 31 qeyri-hökumət və xeyriyyə təşkilatı alyansa qoşulub", - dövlət başçısı qeyd edib.

Alyansın mətbuat xidmətinin açıqladığına görə, Rusiya, Çin, ABŞ, Afrika İttifaqı və Avropa İttifaqı da siyahıda yer alıb.

Aclıq və Yoxsulluqla Mübarizə üzrə Qlobal Alyans bu il G20-yə sədrlik edən Braziliyanın əsas təşəbbüsüdür. Onun məqsədi dünyada yoxsulluğun və aclığın azaldılmasında effektivliyini göstərən dövlət siyasəti və texnologiyalarının həyata keçirilməsi üçün təklifləri bir araya gətirməkdir.

Xatırladaq ki, noyabrın 18-dən 19-dək Rio-de-Janeyroda G20 ölkələrinin və Braziliyanın dəvət etdiyi digər ölkələrin liderlərinin iştirakı ilə G20 sammiti keçirilir. Braziliya tərəfinin məlumatına görə, tədbirdə 42 ölkə iştirak edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 18.11.24 21:43