Kişi başqa qadınla telefonla danışdı, arvadı tutdu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Azərbaycanda saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq  |     22:59 Gəncədə işə düzəltmə dələduzluğu  |     22:53 Əmisi oğlunun pasportu ilə Bakıya uçan Arşad tutuldu - İspaniyaya niyə gedirmiş?  |     22:48 Məmur oğlu 1 milyon 300 mini Nizami Alışana niyə veribmiş? - DETALLAR (FOTO)  |     22:41 Martda neçə gün evdəyik?  |     22:36 Sumqayıtda avtobusda yanğın olub - VİDEO  |     22:30 Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib  |     22:23 Türkiyədə ağır yol qəzası olub, ölən və yaralananlar var  |     22:18 Azərbaycan boksçuları Monteneqrodakı beynəlxalq turnirə qatılacaqlar  |     22:11 Azərbaycan çempionatının daha bir oyunu baş tutmayıb  |     22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |    

Kişi başqa qadınla telefonla danışdı, arvadı tutdu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İman Səfərov cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 5 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, İman Səfərov evdə olarkən həyat yoldaşı, zərərçəkmiş Günay Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə isə arvadının ona telefonla başqa qadınla ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirməsi olub. Bu zaman təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edib qəsdən əl, yumruq, təpik zərbələri ilə onun əl, qol, sifət, baş, kürək, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.

Daha sonra Günay Səfərova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onlar barışıblar və qadın ərindən şikayətçi olmadığını bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            381 24.10.24 12:25