Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Lənkəranda iki saat işıq olmayacaq  |     22:47 Bakıda yük avtomobillərinin yolda qalması nəqliyyat sıxlığına səbəb olub  |     22:39 ABŞ martın 1-dən Meksika və Kanadaya yeni tariflər tətbiq etməyə hazırlaşır  |     22:34 Şahdağdan qayıdarkən ağır qəzaya düşən müğənninin beli qırıldı - VİDEO  |     22:24 Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimdən görüntüləri paylaşdı - FOTO  |     22:08 Şahmat üzrə Azərbaycan çempionatı başladı  |     22:08 Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb  |     21:52 Bakının Nizami rayonunda nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb  |     21:39 Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida - Alimlər AÇIQLADI  |     21:30 Minlərlə turist “Tik Tok” reklamından sonra xizək kurortunu “dağıdıb”  |     21:13 Əli Əsədov Alim Xanla görüşdü  |     20:57 "Türk Axını" ilə qaz tədarükü tarixi maksimuma çatıb  |     20:35 FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı  |     20:24 Azərbaycanda çörək BAHALAŞDI  |     20:07 Türkiyə ordusu İraqda terrorçulara məxsus çoxlu sayda silah-sursat ələ keçirib  |     19:58 Kriştianu Ronaldu klub səviyyəsində 700 matçda qalib gələn ilk futbolçu olub  |     19:39 Azərbaycan qaz tranziti sxeminə daxil edilir  |     19:25 62 və 217 nömrəli marşrutlar "BakuBus"a verilib  |     19:07 Şamaxıda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib  |     19:05 Azərbaycanda iki yeni radio açılır  |    

Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində su borusunun partlaması nəticəsində fərdi yaşayış evində yaranmış təhlükə ilə bağlı məsələyə aydınlıq gətirib.

Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndəsi Ceyhun Musaoğlu öz sosial şəbəkə hesabında açıqlama yayıb.

Onun sözlərinə görə, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diametri 1200 və 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib:

"Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb".

O bildirib ki, hadisə oktyabrın 12-də baş verib:

"Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəlb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başlanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an uça bilər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.

Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istismarında olub.

2004-cü ildə "Azərsu" ASC yaradılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib.

İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğuların mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Xətai rayonu ərazisində kollektorların, magistral xətlərin üzərində yüzə yaxın ev tikilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.

Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 19.10.24 17:20