Alimentin miqdarı necə təyin olunur? » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:36 "Kartdan karta" üsulu ilə işləyən daha 70 sahibkara maliyyə sanksiyaları tətbiq edildi  |     19:08 IMF 2025-ci ildə Azərbaycanda nominal ÜDM-in 77 milyard dollara qədər artacağını proqnozlaşdırır  |     18:40 Sabah qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdiriləcək  |     18:18 Dünyada təxminən 500 milyon uşaq münaqişə zonasında yaşayır  |     17:27 Yağ alarkən nələrə diqqət etməliyik? - Ən yaxşı və pis yağlar  |     17:08 Bakıda çoxmərtəbəli yaşayış binası yanır - VİDEO  |     17:04 Azərbaycana ekstradisiya olunan şəxslərdən biri tanınmış biznesmendir  |     17:02 Evdən 400 ədəd ətçəkən oğurlandı - Qonşular saxlanıldılar  |     17:00 Şahin Bağırov iki quruma rəis əvəzləri təyin etdi  |     16:57 Bakı həbsxanasında daha bir ÖLÜM  |     16:40 Ermənistan Rusiyadan üz çevirir: Hindistandan qırıcılar alır  |     16:37 "Tərtər işi" ilə bağlı ittiham olunan bəzi şəxslərə HÖKM OXUNDU  |     14:51 Novruz bayramı günü əmisi arvadını öldürən şəxslə bağlı qərar açıqlandı  |     13:42 Sayt rəhbəri və oğlu HƏBS EDİLDİ  |     13:32 DTX-nin yaxaladığı dəstə 326 milyon manatlıq qaçaqmalçılığı necə törədib?  |     13:30 Leyla Əliyeva Altıağac Milli Parkından fotolar paylaşdı - FOTO  |     13:27 FHN: "Bu ilin 9 ayında 27 nəfər partlayışlarda həlak olub"  |     13:26 Saatlıda saxta əlillik pensiyası düzəldən baş həkimə hökm oxundu  |     13:21 Bu ilin 9 ayı ərzində təbii və texnogen mənşəli hadisələr nəticəsində neçə nəfər ölüb?  |     13:08 COP29 zolaqlarına girmək qadağası QÜVVƏYƏ MİNİR  |    

Alimentin miqdarı necə təyin olunur?

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10430 boşanma halı qeydə alınıb.

Boşanmaların artması əsas müzakirə olunan mövzulardan biridir. İnsanlar səbəbin müxtəlif olduğunu düşünsələr də, bəzi mütəxəssislərin fikrincə boşanmaların artmasının əsas səbəbi aliment hərisliyidir.

Bəs, aliment nədir?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya mövzu ilə bağlı açıqlama verən vəkil Esmira Rzayevanın sözlərinə görə Azərbaycan Respublikasının Konstitusiyasında, Qanunvericiliyində və Ailə Məcəlləsində də nəzərdə tutulub ki, aliment uşaqların saxlanılması üçün nəzərdə tutulan ödənişli öhdəçilik və yaxud ərin arvadına, övladlarına qarşı öhdəliyidir.

"Aliment ödəyəcək şəxsin rəsmi iş yeri və yaxud rəsmi gəliri varsa, 1 uşaq üçün maaşının və əlavə gəlirlərinin 1/4 hissəsini, 2 uşaq üçün 1/3 hissəsini, 3 və ya daha çox uşaq üçün gəlirlərinin və maaşının 50%-ni ödəyə bilər.

"Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanunda uşağın yaşaması üçün minimum aliment 235 manat nəzərdə tutulub”.

Valideyn işsizdirsə, aliment necə təyin edilir?

Vəkil qeyd edib ki, əgər aliment ödəyəcək şəxs işsizdirsə və ya onun gəliri sabit deyilsə, o zaman Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən, sabit pul məbləği dəyərində aliment tutulacaq, bu da yaşayış minimumu və yaxud tərəflərin razılaşması ilə nəzərdə tutulan məbləğ ola bilər. O, qeyd edib ki, valideyn alimenti ödəmirsə, həmin şəxsə qarşı məhkəmə tədbirləri həyata keçirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 17.08.24 21:46