Mojo.az — elanlar
Son Xəbərlər
19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |     17:35 Azərbaycanın Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib  |     17:33 “Brain Academy”də 2 yaşlı uşağa zorakılıq edən işçi işdən çıxarıldı  |     17:26 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb  |     17:23 Çexiyaya köçən azərbaycanlı miqrant qadın əri tərəfindən qətlə yetirildi, 3 övladından xəbər yoxdur  |     17:18 Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirən şirkət rəhbəri saxlanılıb  |     17:13 “Lyuk”a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb  |     16:55 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb  |     16:49 “Bura od vurub yandıracağam” – Şahidlər sirləri açır  |     16:46 Deputat icra hakimiyyətlərinin ləğv olunması ehtimalından DANIŞDI  |     16:28 TƏBİB-dən sonra növbə hansı qurumlarındır? – Deputat AÇIQLADI  |     16:26 Azərbaycan qripə qarşı yeni vaksinlər aldı  |     14:32 Qordana Silyanovska-Davkova İlham Əliyevə zəng edib  |     14:22 Məktəblərdə aqressiyanın səbəbi təkcə sosial şəbəkələr deyil – Açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Firəngiz Rəhimbəyova niyə ölümündən 3 həftə sonra dəfn olunub? - Qızı açıqladı (VİDEO)

05.08.2024 21:20 1 293
Firəngiz Rəhimbəyova niyə ölümündən 3 həftə sonra dəfn olunub? - Qızı açıqladı (VİDEO)
Mərhum aktrisa Firəngiz Rəhimbəyovanın qızı Reyçel onunla bağlı xatirələrini bölüşüb.

O, ABŞ-də yaşayan azərbaycanlı aparıcı Səxavət Nurun "Americano” yutub layihəsində anasının ölümündən 3 həftə sonra dəfn olunmasına aydınlıq gətirib:

"Qəfil ölüm idi deyə sənəd işləri uzun çəkdi. Onun həkimi şəhərdə olmadığı üçün tamamilə başqa xəstəxanada, başqa həkimini iş saatında ölmüşdü. Ölüm sənədini təsdiqləmək, xəstəxanalar arasında sənədləşdirmənin uzanması, dəfn vaxtının uzanmasına səbəb oldu. Həm də heç birimiz bu ölümə hazır deyildik. Onu harada dəfn edəcəyimiz belə bilmirdik. Yaşlı və ya xəstə insan olanda ən azından əvvəlcə bu haqda düşünürsən, amma anamın qəfil ölümü heç ağlımdan belə keçmirdi. Bizim ailəmizdə heç vaxt heç kəs ölməmişdi. Mən şok yaşadım. Qardaş və ya bacım olmadığı üçün bütün yük mənim və həyat yoldaşımın üzərində idi. Nəzərə alanda ki, tamamilə bitmiş vəziyyətdə idim, dəfnlə bağlı bütün məsuliyyət ərimin üzərində idi. Həm də mən daha yaxşı məzarlıqda dəfn olunmasını istəyirdim. Bu səbəblərdən öldüyü gündən bir neçə həftə sonra dəfn olundu. Başqa bir mistik səbəbi yoxdur”.

Qeyd edək ki, "Bəxt üzüyü” filmində "Sevda" obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Qızı adını daha sonra Reyçel olaraq dəyişib. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova 2022-ci ilin avqustunda ürəktutmadan dünyasını dəyişib.

Son xəbərlər