Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

İtaliyada dəfni üçün yer tapılmayan azərbaycanlı uşaq bir ay sonra basdırıldı

17.02.2021 18:12 984
İtaliyada dəfni üçün yer tapılmayan azərbaycanlı uşaq bir ay sonra basdırıldı
İtaliyanın Lombardiya əyalətinin Pavia şəhərində anası ilə qaçqın düşərgəsində yaşayan səkkiz yaşlı azərbaycanlı Emil faciəvi şəkildə vəfat edib. Autizmdən əziyyət çəkən uşaq ehtiyatsızlıq səbəbindən gödəkcə ilə özünü boğaraq öldürüb.

“Qafqazinfo” “Il Giorno Pavia” nəşrinə istinadən xəbər verir ki, ölən azyaşlının anası müsəlman qəbiristanlıqlarında yer verilmədiyi üçün uzun müddət onu dəfn edə bilməyib.

Nəşr əyalətin yalnız Pavia və Vicevano şəhərlərində müsəlman qəbiristanlığının olduğunu yazır. Pavia şəhərində qəbiristanlıqda artıq yer qalmadığı və Vicevanodakı qəbiristanlıqda isə yalnız bu şəhərdə anadan olan və ya orada yaşayanların dəfn oluna biləcəyi bildirilib.

Qəzetin yazdığına görə, daha sonra azyaşlının cəsədi qonşu Kremona şəhərinə aparılıb və orada ölümündən təxminən bir ay sonra, 16 fevralda dəfn edilib. Bu hadisə İtaliya ictimaiyyətində geniş rezonans doğurub və hazırda Pavia şəhərinin rəhbərliyi müsəlmanların dəfn edilməsi problemini həll etməyə başlayıb.

“Kiçik Emilin ölümündən ürəyim ağrıdı. Belə hadisə bir daha təkrarlanmamalıdır”, - deyə qəbiristanlıq xidmətinin müşaviri Barbara Longo azərbaycanlı uşaqla bağlı hadisəni şərh edərkən bildirib.

Onun sözlərinə görə, şəhər indi Fossarmatoda kommunasında müsəlmanlar üçün yeni qəbiristanlıq açmağı planlaşdırır.скачать dle 11.3
Mojo.az Banner