Bu prospektdə təmir aparılır - Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:14 Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı AÇIQLANIB  |     17:39 Xamənei səsvermə zamanı problemlə ÜZLƏŞDİ  |     17:38 Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? - AÇIQLAMA  |     17:28 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA  |     17:16 Paris 2024-də terror aktı hazırlayanlar saxlanılıblar  |     17:02 Azərbaycanda DƏHŞƏT: Ana və körpəsi öldü  |     16:39 Polşa klubundan ayrılan millimizin üzvünün yeni komandası bəlli oldu  |     16:28 Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb  |     16:18 Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi  |     16:05 Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)  |     15:54 Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur  |     15:44 Ərdoğan: Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir  |     15:30 UEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək  |     15:19 Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub  |     15:06 İran səfiri ermənilərə xəbərdarlıq etdi  |     14:47 Bakıda xadimə işlədiyi evi soydu  |     14:45 Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR  |     14:29 Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb  |     14:27 MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş  |     14:17 5 direktor işdən çıxarıldı, 28-nə töhmət verildi  |    

Bu prospektdə təmir aparılır - Video

Paytaxtın Azadlıq prospektində əsaslı təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılır.

Prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması işləri icra olunub. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra edilən təmir işlərinin son mərhələsində sözügedən ərazi üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

“Təmir müddətində sürücülərdən sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə Agentlikdən bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 02.07.24 21:49