Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:02 Sabah iki rayonda qaz olmayacaq  |     17:52 Sərdar Aziz "Fənərbağça" ilə yolları ayırıb  |     17:13 Ondan kömək istəyən şəxsin kartındakı pulunu ələ keçirdi  |     17:10 Rusiya MN Kiyevin iddialarını təkzib etdi  |     17:06 Azərbaycanda kişi cekpot udmaq üçün lotereya oğurladı  |     16:12 Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ  |     16:04 Pensiyalar bu tarixdə veriləcək  |     15:51 "WhatsApp"da yeni funksiya: Artıq süni intellektlə fotoları redaktə edə biləcəksiniz  |     15:30 Məşhur sovet filmində gülməli kinolyap aşkarlanıb - FOTO  |     15:15 Xaricdə təhsil alan 71 nəfərin diplomu tanınmadı  |     15:05 İsti havada soyuq duş qəbul edənlərə XƏBƏRDARLIQ  |     15:03 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər  |     15:02 Yeni təyin olunan icra başçıları kimlərdir? - DOSYE  |     14:41 Ödəmə terminalını oğurlayıb qaçan zaman qəzaya düşdülər - VİDEO  |     14:37 Azərbaycanda yeni icra başçısı təyin edildi  |     14:35 Polkovnik-leytenant: "Məni qatı cinayətkar kimi həbs etdilər"  |     14:33 "Zirə"dən ayrılan futbolçu Ermənistan klubuna keçdi  |     13:32 Azərbaycanda tələbə qəfil vəfat edib  |     13:12 Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü  |     13:11 Qırğızıstanda çevrilişə cəhd ittihamı ilə deputat saxlanıldı  |    

Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi

Rüşvət müqabilində qanunsuz qərardad çıxardığına görə 9 il azadlıqdan məhrum edilmiş məhkəmə hakimi İlyas Məmmədovun şikayətinə baxılıb.

"Qafqazinfo"nun məlumatına görə, eks-hakimin şikayəti Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılıb.

İ.Mahmudov ittihamları qəbul etmədiyini, əsassız həbs olunduğunu deyib. Müdafiə tərəfi çıxışlarında məhkəmədən bəraət qərarı çıxarılmasını xahiş edib.

Prokuror isə hökmün eynən qüvvədə saxlanılmasını tələb edib.

Məhkəmə tərəflərin çıxışlarını dinlədikdən sonra hökmdə hər hansı qanun pozuntusu olmadığı qənaətinə gəlib.

Qərara əsasən, apellyasiya şikayəti rədd edilib. Artıq qərardan Ali Məhkəməyə kassasiya şikayəti də verilib.

Xatırladaq ki, İ.Mahmudov apellyasiya şikayətini istintaq təcridxanasında özü yazmışdı.

Qeyd edək ki, İlyas Mahmudov 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi işləyib. Üç il sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mahmudov verilmiş ittihamlarla təqsirli bilinib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            129 05.07.24 16:18