Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Polkovnik-leytenant: "Məni qatı cinayətkar kimi həbs etdilər"

08.07.2024 14:35 1 341
Polkovnik-leytenant:
2022-ci ilin avqustunda DSX-nin hərbi hospitalında əsgər Mirkamal Cabbarovun xəstəlikdən vəfat etməsi ilə əlaqədar məsuliyyətə cəlb olunan tibb xidməti polkovnik-leytenantı Eldar Məmmədov barəsində seçilmiş qətimkan tədbirindən şikayətçidir.

"Qafqazinfo"ya müraciət edən E.Məmmədov bildirib ki, Bakı Hərbi Məhkəməsinin 15.03.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona bir il tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Həmin tarixdə E.Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də dəyişdirilib və o, məhkəmə zalındaca həbs edilib.

Şikayətçi zabit bildirib ki, o, istintaqdan heç vaxt yayınmayıb, həmçinin təqsirləndirildiyi maddə üzrə əməlin xarakterinə uyğun olmayan formada həbs edilib:

"Cinayət Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, həbs qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində yalnız cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq halları mövcud olduqda seçilə bilər. Lakin mən birinci instansiya məhkəməsində bütün iclaslarda iştirak etmişəm, məhkəmədən gizlənməmişəm, eyni zamanda cinayət işinin materiallarının saxtalaşdırılması ilə istintaqın gedişinə mane olmaq və cəmiyyət üçün təhlükəli olaraq qalma halı da olmayıb. Dövlət Sərhəd Xidmətində uzun illər qüsursuz xidmət göstərmişəm, 2020-ci ildə Vətən müharibəsi dövründə yüzlərlə hərbi qulluqçunun həyatını xilas etmişəm, bununla bağlı bir çox təltiflər və medallar almışam. Habelə törətdiyim iddia edildiyi cinayət ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Bununla bağlı hətta Avropa Məhkəməsinin təcrübəsinə də nəzər salsaq görərik ki, şəxsə qarşı hətta ağır cinayətə dair ittiham irəli sürülməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin müstəqil əsası deyil".

E.Məmmədov əlavə edib ki, birinci instansiya məhkəməsi onun barəsində ən ağır cəzanı təyin edərkən bir sıra vəsatətləri təmin etməyib, ekspertiza rəylərini işə daxil etməyib:

"Əksər hallarda bu kimi hökmlər çıxarılarkən azadlıqdan məhrum edilmiş şəxs məntəqə tipli müəssisəyə göndərilir. Uzun illər tibb sahəsində qüsursuz xidmət etsəm də, məni qatı cinayətkar kimi məhkəmə zalında həbs etdilər və barəmdəki qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya instansiyasına müraciət etsəm də, mənə rədd cavabı verildi. Bu, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş bir zabitə qarşı, ən yumşaq dildə desək, hörmətsizlikdir".

Polkovnik-leytenantın sözlərinə görə, xidmətdə olduğu müddətdə əsgər M.Cabbarova bir neçə dəfə zəruri tibbi yardım göstərilməsi ilə bağlı göstəriş verib. Həmçinin həmin vaxt DSX-nin qəzaya düşmüş çavuşuna tibbi yardım göstərilməsi ilə bağlı işlərə də böyük vaxt sərf edib:

"Mərhum Cabbarovu müalicə edərkən bütün hərəkətləri dəqiq və ardıcıllıqla qeyd etmişəm, ekspert olmadığımdan bu hərəkətlərin tibbi prosedurlara tam uyğun olub-olmadığı barədə bir söz deyə bilmərəm. Ona tibb məntəqəsinin bütün imkanları daxilində və vicdanla tibbi yardım göstərilib. Əgər əsgərdə hansısa ciddi patologiya hiss etsəydim, dərhal həmin gün müvafiq tədbirlər görülərdi. Bütün müayinə tədbirlərini yerinə yetirdikdən sonra onda pnevmoniya xəstəliyinə xarakterik olan hansısa digər patologiya aşkar etməmişdim".

Məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsindən sorğumuza belə cavab verilib: "Bakı Hərbi Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə Məmmədov Eldar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Həmin maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub).

Hökmün icrasını dərhal təmin etmək məqsədilə barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri "həbs" qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.

Müdafiəçinin şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır".скачать dle 11.3
Mojo.az Banner