Sabah iki rayonda qaz olmayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:49 Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?  |     21:37 Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib  |     21:30 Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var  |     21:23 Deputat köməkçisi işləmək üçün müsabiqə lazımdır? (AÇIQLAMA)  |     21:16 "Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?  |     21:11 Murad Dadaşov həyat yoldaşı ilə - FOTO  |     20:59 Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit tələb olunur?  |     20:54 Kadırovun oğlunun adı “Rekordlar kitabı”na düşdü - FOTO  |     20:46 Moskva-Gəncə təyyarəsində halı pisləşən qadın aeroportda öldü  |     20:40 Uşaqlar liftdə köməksiz qaldı - VİDEO  |     20:33 Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video  |     20:29 Dünyanın ən varlı ikinci adamı oldu  |     20:21 “Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - (FOTO)  |     20:15 Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb  |     20:06 Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət - Qiymət artımları və yeni trendlər  |     20:00 İranda terror aktının qarşısı alınıb  |     19:51 BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib  |     19:44 Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır - RƏY  |     19:39 Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər  |     19:33 Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb  |    

Sabah iki rayonda qaz olmayacaq

Sabah Salyan və Saatlı rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yenikənd-Biləsuvar avtomobil yolunun 58-ci km-də (Salyan şəhəri ərazisi) yerləşən hissəsinin genişləndirilməsi üçün tikinti sahəsinə düşən qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Salyan şəhəri 20 Yanvar, Ə. Quliyev, İ. Quliyev küçələrində, həmçinin, Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı kəndlərində (ümumi 3 278 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, "Qaratəpə" ölçü qovşağında quraşdırılmış kollektordan təbii qazla təmin edilən, diametri 315 mm olan "Qarayevkənd" ortatəzyiqli daxili qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar olaraq, iyulun 9-da saat 10:00-dan etibarən işlər başa çatanadək Saatlı rayonunun Qarayevkənd, Çolpı, Xanlarkənd, Azadkənd, Fətəlikənd və Günəşli kəndlərində (ümumi 2343 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            282 08.07.24 18:02