Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş

05.07.2024 14:27 2 661
MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş
Ev almaq istəyən sabiq baş həkimi aldadıb külli miqdarda pulunu ələ keçiriblər.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinikasının əvvəlki baş həkimi Ceyran Məmmədovadan gedir. Hazırda təqaüddə olan 70 yaşlı həkimi "Azər-Ross İk" MTK-nın sədri işləmiş Rauf Kərimov aldadıb.

İstintaq materiallarında yazılıb ki, zərərçəkmiş şəxs baş həkim işlədiyi vaxtlarda şəhərin mərkəz hissəsində mənzil almaq məqsədilə MTK rəhbərinə 87 min manat pul verib. Razılaşmaya əsasən, şirkət həmin pulun qarşılığında baş həkimə Nəsimi rayonu ərazisində inşa edilmiş çoxmərtəbəli ev verməli imiş. C.Məmmədova pulu verdikdən bir müddət sonra onun yaxında köçməli olduğu evin əslində illər əvvəl başqa şəxsə satıldığını öyrənib. Həmin şəxsin də evi satmaq kimi bir fikri olmayıb. Bundan sonra zərərçəkmiş MTK rəhbəri Rauf Kərimovdan şikayət edib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Hazırda barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaq vaxtı zərərçəkmiş C.Məmmədovanın ifadəsi əsasında maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, şirkət rəhbərinin ona satacağını dediyi ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib - red.) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun olub.

Məlumat üçün deyək ki, V.Zeynalov 2015-ci ildə korrupsiya cinayətlərinə görə həbs edilib. Həmin vaxt onun özünün və ailə üzvlərinin 50 milyona yaxın qiymətləndirilən əmlakı üzərinə həbs qoyulub. Sonradan isə həmin əmlakların bir qismi sahiblərinə qaytarılıb.

MTK rəhbəri R.Kərimov zərərçəkmiş şəxsə özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edib. Deyib ki, V.Zeynalovun cinayət işinə görə, 2008-ci ildə mənzili onun adından çıxararaq yaxınının adına keçirib. Onun dediyinə görə, mənzilin əsl sahibi də evinin satıldığını bilmir.

İstintaq vaxtı mənzilin qanuni sahibi olan Vidadi Zeynalovun qızı Lalə Zeynalova da dindirilib. L.Zeynalova şahid qismində tanındığı və hələ məhkəmə başlamadığı üçün onun ifadəsində dediklərini təqdim edə bilmirik. R.Kərimov isə özünü təqsirli bilmir.

Buna baxmayaraq, zərərçəkmişdən 87 min manat aldığını etiraf edib. O, həmin pulun əksər hissəsinin xəstəliyi ilə bağlı xərcləndiyini, hazırda zərərçəkmişə 71 min manat borcu qaldığını deyib. İş üzrə ilkin istintaq artıq tamamlanıb. Yaxın vaxtlarda məhkəmə başlayacaq.

Son xəbərlər