Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Dərman şirkətinin əməkdaşı həkimlərin külli miqdarda pulunu ələ keçirdi — TƏFƏRRÜAT

12.09.2018 14:16 2 525
Dərman şirkətinin əməkdaşı həkimlərin külli miqdarda pulunu ələ keçirdi — TƏFƏRRÜAT
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Cahid Qeyrət oğlu İsayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə C.İsayev özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Mehriban Məmmədova ifadə verib. O, söyləyib ki, C.İsayevi 2012-ci ildən tanıyır. M.Məmmədova qeyd edib ki, 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır:

"Cahid məni aldatdı, inandırdı ki, tibbi ləvazimatların alınması ilə bağlı pul versəm yaxşı qazanc əldə edəcəyik. Guya dərmanları depolardan alıb, apteklərə satacaqdı. Hələ söhbət əsnasında bildirdi ki, özünün də şirkəti var".

O, söyləyib ki, ümumilikdə C.İsayevə 22 min manat pul verib:


"Həmin pulun qarşılığında isə 1 ildən sonra artıq pul verəcəyi vədini verdi. Lakin sonradan məni aldatdı. Soruşanda deyirdi ki, "hələ işlər gedir". Bir sözlə ona inanıb, aldandım".

M.Məmmədova ziyanın ödənilməsini tələb etdiyini bildirib.

C.İsayev isə zərərçəkmişin yalan danışdığını söyləyib.

Ali təhsilinin olmadığını deyən təqsirləndirilən şəxs M.Məmmədovadan pulu birlikdə biznes qurmaq adı ilə aldığını deyib:

"Mən Türkiyədən dərmanı 6 manat 50 qəpiyə aldım. Səhiyyə Nazirliyindən isə həmin dərmanın sertfikatını aldım. Bakıda isə o dərmanı 23 manat 50 qəpiyə satırdım. Sonralar dərmanı sata bilmədim. Bu barədə də Mehriban Məmmədovaya məlumat verdim. Ondan 22 min 30 manat pul almışam.

Qazancı isə yarı böləcəkdik. Ümumilikdə ona 500 manat pul verdim. Dərman satılmadı deyə Mehriban xanımın pulunu qaytara bilmədim. Hazırda həmin dərmanlar depodadır".

Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət "Azərfarm" dərman şirkətində satış meneceri vəzifəsində çalışıb.

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib.

Qadınlar həmin işin görülməsi müqabilində ona, ümumilikdə, 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyək onları aldadıb.

Daha sonra F.Abdullayeva ilə M.Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib.

Həmçinin Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib və bu yolla onun 60000 manat pulunu ələ keçirib.

DİN-dən verilən məlumata görə, zərərçəkən 2017-ci ilin aprel ayında həmin şəxsə Bakıxanov qəsəbəsində işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyərək onu aldadıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs — Yardımlı rayon sakini, əvvəllər xuliqanlıq maddəsi ilə məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Son xəbərlər