Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda həkimə qarşı dələduzluq edildi - MƏHKƏMƏ

14.02.2020 14:57 3 592
Bakıda həkimə qarşı dələduzluq edildi - MƏHKƏMƏ
Bakıda dələduzluqda təqsirləndirilən Cahid İsayev barəsində olan hökmdən kassasiya şikayəti verib.

Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, C.İsayev Familə Abdullayeva ilə Mehriban Məmmədovaya qarşı dələduzluq edib. O, Bakıda həmin şəxslərə yalan vəd verərək, depolardan tibbi ləvazimatlar alıb, apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirib. Qadınlar həmin işin görülməsi müqabilində ona ümumilikdə 95 min manat pul verəndən sonra isə C.İsayev verdiyi vədə əməl etməyək, onları aldadıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.İsayev səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmiş apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.İsayevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, M.Məmmədova 2000-ci illərdən Uşaq Nevroloji Xəstəxanasında həkim vəzifəsində çalışır.

C.İsayev isə bir müddət əvvəl “Azərfarm” dərman şirkətində satış meneceri vəzifəsində işləyib.

Son xəbərlər