Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:13 Ondan kömək istəyən şəxsin kartındakı pulunu ələ keçirdi  |     17:10 Rusiya MN Kiyevin iddialarını təkzib etdi  |     17:06 Azərbaycanda kişi cekpot udmaq üçün lotereya oğurladı  |     16:12 Bəzi çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ  |     16:04 Pensiyalar bu tarixdə veriləcək  |     15:51 "WhatsApp"da yeni funksiya: Artıq süni intellektlə fotoları redaktə edə biləcəksiniz  |     15:30 Məşhur sovet filmində gülməli kinolyap aşkarlanıb - FOTO  |     15:15 Xaricdə təhsil alan 71 nəfərin diplomu tanınmadı  |     15:05 İsti havada soyuq duş qəbul edənlərə XƏBƏRDARLIQ  |     15:03 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcəklər  |     15:02 Yeni təyin olunan icra başçıları kimlərdir? - DOSYE  |     14:41 Ödəmə terminalını oğurlayıb qaçan zaman qəzaya düşdülər - VİDEO  |     14:37 Azərbaycanda yeni icra başçısı təyin edildi  |     14:35 Polkovnik-leytenant: "Məni qatı cinayətkar kimi həbs etdilər"  |     14:33 "Zirə"dən ayrılan futbolçu Ermənistan klubuna keçdi  |     13:32 Azərbaycanda tələbə qəfil vəfat edib  |     13:12 Azərbaycanda sünnət edilən 4 aylıq körpə öldü  |     13:11 Qırğızıstanda çevrilişə cəhd ittihamı ilə deputat saxlanıldı  |     13:08 Bakıdakı restoranda İYRƏNC MƏNZƏRƏ: Mətbəxində siçovul gəzir - VİDEO  |     13:03 Bakı həbsxanasında daha bir MƏHKUM ÖLDÜ  |    

Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR

Müəllim olmaq istəyən şəxslər işə qəbulla bağlı hər il imtahan verirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji sahələr üzrə bitirmiş və dövlət nümunəli diplom almış, eləcə də xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan şəxslər iştirak edə bilərlər.

Necə ki müəllimlər cəmiyyətin savadlanması və inkişafında müstəsna rol oynayırlar, eləcə də həkimlər insanların sağlamlığının keşikçisi hesab olunurlar.

Maraqlıdır, bəs həkimlər niyə işə qəbulla bağlı imtahan vermirlər? Yaxın gələcəkdə onların da imtahan edilməsi nəzərdə tutulurmu?

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.media-nın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, artıq aidiyyəti qurumlar tərəfindən bu barədə layihə hazırlanıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu qaydasının layihəsinin hazırlanması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tapşırılıb.

Aidiyyəti orqanlar tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması üçün Dövlət İmtahan Mərkəzinə göndərilib. Layihə ilə bağlı DİM-in rəy və təklifləri həmin orqanlara təqdim edilib".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 05.07.24 14:45