Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:27 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir  |     13:19 Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…  |     13:13 Bakıda 170 minlik dələduzluq edən şəxs hakim qarşısında  |     12:52 Pensiyaların ödəniləcəyi tarix bilindi  |     12:41 Azərbaycan avtomobil idxalını azaldıb  |     12:39 Ermənistan Hindistanla danışıqlar aparır: Yeni artilleriya sistemləri alacaq  |     12:36 Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT  |     12:33 Maşının texniki baxışdan keçirilməsi üçün rüşvət alan sabiq vəzifəli şəxslə bağlı QƏRAR  |     12:32 Bakıda 170 minlik "iPhone" "atan" şəxs yenidən hakim qarşısında  |     12:31 Ermənistanda 44 günlük müharibədə oğurlanan silah-sursatların bir qismi tapıldı  |     12:28 Ağlaması qətlinə səbəb oldu: Moskva vilayətində dəhşətli cinayət  |     12:27 Son altı ildə qasırğaların gücünün artmasının səbəbi məlum oldu  |     12:26 Bölgələrdə uşaq bağçalarının istilik sistemi var, ancaq işləmir - VİDEO  |     12:23 Hacıqabulda məktəbli faciəli şəkildə ÖLDÜ  |     12:21 Valideynlərin NƏZƏRİNƏ: Uşaqlar arasında təhlükəli virus YAYILIB - VİDEO  |     12:14 İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı  |     12:07 Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edirlər  |     12:00 Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub  |     11:49 Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı  |     11:44 Ağdamda 23 yaşlı qız yoxa çıxdı  |    

Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)

"Quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu ilə sürətlə yayılmaq imkanı əldə edərsə, onun geniş epidemiyalar yarada biləcəyi də realdır".

Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla quş qripinin mutasiya yaradaraq yeni pandemiyaya rəvac verə biləcəyi barədə səslənən xəbərdarlıqları şərh edərkən deyib.

Adil Qeybulla bildirib ki, həyəcan təbilinin çalınması yaxşı haldır:

"Amma bir şeyi nəzərə almalıyıq ki, bir infeksiyanın pandemiya yaratması üçün yüksək yolxuculuq indeksi tələb olunur".

Həmsöhbətimiz qeyd edir ki, yalnız yolxuculuq indeksinin yüksək olması onu təmin edə bilər:

"Hazırda xəstəliyi yerindəcə lokallaşdıra bilmək üçn müasir təbabətin əlində xeyli imkan var. Quş qripi bir müddət idi ki, bəzi yerlərdə yayılmışdı. Hətta Azərbaycana da öz təsirini göstərmişdi. Lakin təbabətin imkanları sayəsində onun qarşısı alındı. Hazırkı situasiyada quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu və digər təmaslarla sürətlə keçmək imkanı qazanarsa, onun geniş epidemiyalar yaratması imkanı realdır. Əks halda bu cür yoluxmalar geniş arealı əhatə edə bilməz”.

Qeyd edək ki, son zamanlar ekspertlər dünyanın yeni pandemiya astanasında olduğu barədə xəbərdarlıqlar etməyə başlayıblar. Hər il quş qripi getdikcə daha çox ölkədə görünür və mutasiyaya uğrayır. Hesab olunur ki, ona qarşı tədbir görülməsə, çox güman gələcəkdə quş qripi xəstəliyi insandan insana keçəcək və dünya yeni pandemiya ilə üz-üzə qalacaq.

Materialda deyilir ki, quş qripi 2021-ci ildə Şimali Amerikaya çatıb və artıq 2023-cü ilin payızında inəklər ilk dəfə ona yoluxub. İndi infeksiya dalğası 12 ştatda yayılıb. Tədqiqatçıların fikrincə, insanlar nəinki bu virusa yoluxa biləcəklər, həm də gələcəkdə insandan insana keçə biləcək. "İnsanlara yoluxma ehtimalı, virusun müxtəlif məməlilər arasında daha uzun və daha geniş yayılması ilə daha böyükdür", deyə Cenevrə Universitetinin İnkişaf etməkdə olan Viral Xəstəliklər Mərkəzinin rəhbəri, virusoloq İzabella Ekkerle bildirib.

Harvard epidemioloqu Maykl Mina da vurğulayıb ki, ABŞ səlahiyyətliləri xəstəliyin yayılmasına qarşı kifayət qədər tədbir görməməklə odla oynayırlar. H5N1 virusu indi siçan və pişiklərdə də aşkar edilib. ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri bildiriblər ki, virus insanlarda yüngül yuxarı tənəffüs yolları və göz infeksiyalarına, həmçinin pnevmoniya kimi potensial ölümcül xəstəliklərə səbəb ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            357 05.07.24 16:05