“BakıKart” adından dələduzluq edilir! - Xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:22 Kürdə batan şəxslərin axtarışına SOCAR-ın xüsusi texniki vasitələri cəlb olunub - VİDEO  |     18:14 Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı AÇIQLANIB  |     17:39 Xamənei səsvermə zamanı problemlə ÜZLƏŞDİ  |     17:38 Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? - AÇIQLAMA  |     17:28 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA  |     17:16 Paris 2024-də terror aktı hazırlayanlar saxlanılıblar  |     17:02 Azərbaycanda DƏHŞƏT: Ana və körpəsi öldü  |     16:39 Polşa klubundan ayrılan millimizin üzvünün yeni komandası bəlli oldu  |     16:28 Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb  |     16:18 Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi  |     16:05 Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)  |     15:54 Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur  |     15:44 Ərdoğan: Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir  |     15:30 UEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək  |     15:19 Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub  |     15:06 İran səfiri ermənilərə xəbərdarlıq etdi  |     14:47 Bakıda xadimə işlədiyi evi soydu  |     14:45 Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR  |     14:29 Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb  |     14:27 MTK rəhbəri Vidadi Zeynalovun evini baş həkimə satmaq istəyirmiş  |    

“BakıKart” adından dələduzluq edilir! - Xəbərdarlıq

“BakıKart” nağdsız elektron ödəniş alətinin adından dələduzluq kampaniyası həyata keçirilir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Məlumata əsasən, kiberdələduzlar sosial şəbəkələr vasitəsilə məlumatlar paylaşaraq, vətəndaşları ictimai nəqliyyatdan pulsuz istifadə etmək vədi ilə saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatları dəqiqləşdirməyi tövsiyə edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 02.07.24 21:45