Magistratura imtahanının nəticələri açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:26 Bakıda gənc qız binadan düşüb öldü  |     18:22 Kürdə batan şəxslərin axtarışına SOCAR-ın xüsusi texniki vasitələri cəlb olunub - VİDEO  |     18:14 Yeni yaradılmış Ağdərə rayonunun əhalisinin sayı AÇIQLANIB  |     17:39 Xamənei səsvermə zamanı problemlə ÜZLƏŞDİ  |     17:38 Milli Məclis buraxıldıqdan sonra deputatların maaşları ödənilməyəcək? - AÇIQLAMA  |     17:28 Azərbaycanda dağıdıcı zəlzələ gözlənilir? - RƏSMİ AÇIQLAMA  |     17:16 Paris 2024-də terror aktı hazırlayanlar saxlanılıblar  |     17:02 Azərbaycanda DƏHŞƏT: Ana və körpəsi öldü  |     16:39 Polşa klubundan ayrılan millimizin üzvünün yeni komandası bəlli oldu  |     16:28 Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri başlayıb  |     16:18 Məhkum hakimin təcridxanada yazdığı şikayət rədd edildi  |     16:05 Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)  |     15:54 Ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur  |     15:44 Ərdoğan: Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir  |     15:30 UEFA Merih Demiralı cəzalandırıb, TFF CAS-a müraciət edəcək  |     15:19 Azərbaycan karateçisi Dünya Kubokunda üçüncü olub  |     15:06 İran səfiri ermənilərə xəbərdarlıq etdi  |     14:47 Bakıda xadimə işlədiyi evi soydu  |     14:45 Həkimlər də işə qəbul üçün imtahan VERƏCƏKLƏR  |     14:29 Qırğızıstanda hakimiyyətin zorla ələ keçirilməsi cəhdinin qarşısı alınıb  |    

Magistratura imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib.

DİM-dən verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 02.07.24 21:06