Dəmir yolunda gediş haqqı artırılacaq? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Lukaşenko: Qərb yeni “səlib yürüşü”nə başlayıb, dünya fəlakətin astanasındadır  |     22:50 Taksi fəaliyyətində "yeni" dövr: verilən sifarişə "köhnə" maşınlar gəlir  |     22:44 Bakıda insanların istirahət etdiyi çimərliyə girib şou göstərən sürücülər - VİDEO  |     22:39 Türkanda ruhi xəstə olan qadın sakinləri və sürücüləri NARAHAT EDİR - VİDEO  |     22:33 ABŞ Çinin elektrik avtomobil sənayesinə qarşı planlar hazırlayır  |     22:26 Kuryerlərin diqqətinə! - Dələduz müştərilər pulunuzu mənimsəyə bilər - VİDEO  |     22:22 Kondisionerin tez-tez işə salınması maşının sisteminə zərər vura bilər? - AÇIQLAMA  |     22:14 Alimlər elektrik enerjisi olmadan işləyən kompüter yaratdı  |     22:08 Azərbaycanda elektrobuslar istehsal ediləcək  |     22:03 Bakıda 27 nəfəri gün vurub  |     21:56 Daha 115 dərman vasitəsi - Ucuz satmaq olar, baha isə yox!  |     21:49 Bu prospektdə təmir aparılır - Video  |     21:45 “BakıKart” adından dələduzluq edilir! - Xəbərdarlıq  |     21:37 Dünyada ilk: İnsan beyni tərəfindən idarə olunan robot - FOTO  |     21:32 Bu evlərə çıxarış verilməyəcək - AÇIQLAMA  |     21:25 Sabah çimərliklərdə hava necə olacaq?  |     21:20 Zirinc bitkisi bu dərdlərin dərmanı imiş  |     21:11 Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli bəlli olub  |     21:06 Magistratura imtahanının nəticələri açıqlanıb  |     20:59 Kafedə domino oynamağa icazə verməyən ofisantı döydü, həbs edildi  |    

Dəmir yolunda gediş haqqı artırılacaq? - AÇIQLAMA

İyulun 1-dən etibarən bir sıra ictimai nəqliyyat növlərində gediş haqları artırılıb. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib.

Bəs Azərbaycan Dəmir Yollarında necə, gediş haqlarında artım olacaqmı?

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda dəmir yolu nəqliyyatı ilə sərnişin daşımaları üçün gediş haqlarında hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu gündən etibarən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib:

- Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik;

- Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik;

- Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik.

Eyni zamanda ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            225 01.07.24 11:22