Pensiya artımı kimlərə şamil olunacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Pensiya artımı kimlərə şamil olunacaq?

Azərbaycan Prezidenti "Əmək pensiyaları haqqında" qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərdə mühüm məqamlardan biri də keçmiş hərbi qulluqçularla bağlıdır. Belə ki, qanuna edilən dəyişikliyin bir istiqaməti də 81-100% sağlamlıq imkanlarını itirən hərbi xidmət dövründə əlilliyi olan keçmiş hərbi qulluqçularla əlaqədardır.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda onlara təminat xərclərinin 60%-i məbləğində pensiya təyin olunur: "Yeni dəyişiklik həmin faizin dəyişdirilməsini və 10% artırılmasını nəzərdə tutur. İndi həmin vətəndaşlar təminat xərclərinin 60 deyil, 70% həcmində pensiya ala biləcəklər. Bu isə onların pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq".

Millət vəkilinin sözlərinə görə, digər əlavələri də nəzərə alsaq, bu, həmin vətəndaşlarımızın pensiyalarında daha yüksək artımlara səbəb olacaq:

"Yeni dəyişiklik pro-aktiv, yəni elektron pensiya təminatını da gücləndirəcək. Belə ki, əmək pensiyasında təyinat zamanı vətəndaşlarımız üçün pensiya seçimində daha yüksək məbləğə avtomatik üstünlük veriləcək. Bu isə proseduralardan keçmədən, qısa zamanda pensiya təminatına imkan yaradacaq", - deyə V. Bayramov əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            468 02.07.24 18:12