Azərbaycanda bəzi bölgələrdə yanğın təhlükəsi yüksəlib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 BDU-nun tələbəsi avtoqəzada həyatını itirib  |     22:43 Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb  |     22:24 Azərbaycanda siqaret çəkən qadınların sayı açıqlandı  |     22:08 Bu ünvanda köhnə evlər sökülür - Yerində yeniləri tikiləcək  |     21:58 Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir  |     21:49 Azərbaycan millisinin sabiq futbolçusu Bakıda qəzaya düşdü  |     21:41 “Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır  |     21:38 Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi  |     21:30 Netanyahu İrana cavab hücumu ilə bağlı xəbərdarlıq edib  |     21:24 Keyfiyyətli diş pastasını necə seçmək olar?  |     21:19 Sovet insanının vərdişləri: Onlardan qurtulmağın vaxtıdır  |     21:12 “Samsung” smartfonları vacib funksiyanı itirə bilər  |     21:06 Qulaqlarınızı bunlarla təmizləməyin  |     20:59 Yüksək qan təzyiqi olanlar üçün ən sağlam pendir  |     20:48 “Huawei”dən gözlənilməz qərar – “Windows”dan imtina edir  |     20:41 18 günlük batareya ömrü təklif edən “Redmi Watch 5 Lite” təqdim edildi  |     20:38 İnfarkt necə baş verir? – Əlamətlər  |     20:33 Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir  |     20:26 Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb  |     20:20 Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib  |    

Azərbaycanda bəzi bölgələrdə yanğın təhlükəsi yüksəlib

Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəriciləri açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvanda üzrə yanğın indeksi Ordubadda yüksək, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Gəncə-Qazax bölgəsi üzrə yanğın indeksi Daşkəsəndə kiçik, Tərtər, Tovuz, Gədəbəy, Naftalan, Gəncədə orta, Ağdam, Şəmkirdə yüksək, Ağstafada isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Həmçinin Balakən-Şəki bölgəsi üzrə yanğın indeksi Şəki, Balakən, Oğuz, Zaqatalada kiçik, Qəbələdə isə orta yanğın təhlükəsi növünə çatıb.

Qeyd edilib ki, yanğın indeksi Quba, Qusar, Altıağacda kiçik, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatıb.

Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Qobustanda kiçik, Şamaxıda orta, İsmayıllıda yüksək yanğın təhlükəsi növündədir.

Bu göstərici Lerikdə orta, Astara, Yardımlı, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            429 20.06.24 21:03