Keçmiş deputatın oğlu kredit borcunu ödəmir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 BDU-nun tələbəsi avtoqəzada həyatını itirib  |     22:43 Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb  |     22:24 Azərbaycanda siqaret çəkən qadınların sayı açıqlandı  |     22:08 Bu ünvanda köhnə evlər sökülür - Yerində yeniləri tikiləcək  |     21:58 Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir  |     21:49 Azərbaycan millisinin sabiq futbolçusu Bakıda qəzaya düşdü  |     21:41 “Qarabağ” - “Malmö” matçının biletləri satışa çıxarılır  |     21:38 Botsvana prezidenti Almaniyaya müraciət etdi, xalqının filləri yeyəcəyini dedi  |     21:30 Netanyahu İrana cavab hücumu ilə bağlı xəbərdarlıq edib  |     21:24 Keyfiyyətli diş pastasını necə seçmək olar?  |     21:19 Sovet insanının vərdişləri: Onlardan qurtulmağın vaxtıdır  |     21:12 “Samsung” smartfonları vacib funksiyanı itirə bilər  |     21:06 Qulaqlarınızı bunlarla təmizləməyin  |     20:59 Yüksək qan təzyiqi olanlar üçün ən sağlam pendir  |     20:48 “Huawei”dən gözlənilməz qərar – “Windows”dan imtina edir  |     20:41 18 günlük batareya ömrü təklif edən “Redmi Watch 5 Lite” təqdim edildi  |     20:38 İnfarkt necə baş verir? – Əlamətlər  |     20:33 Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir  |     20:26 Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb  |     20:20 Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib  |    

Keçmiş deputatın oğlu kredit borcunu ödəmir?

Keçmiş deputat Fərhad Qəribovun oğlu Rəşad Qəribova məxsus "Elz-Line LTD" MMC ilə "Debüt” Kommersiya Bankı arasında məhkəmə çəkişməsi davam edir.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Rəşad Qəribov birinci məhkəmə instansiyasında uduzub. O, qərardan apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Vüsalə Baxışova iş üzrə hakim təyin edilib.

"Debüt” Kommersiya Bankı kredit müqaviləsinə dair mübahisələrə görə Bakı Kommersiya Məhkəməsində "Elz-Line LTD” MMC-yə qarşı iddia qaldırmışdı. İddiaçılardan biri də Əmanətlərin Sığortalanması Fondu idi.

Fondun bu işdə iddiaçı kimi çıxış etməsi təsadüfi deyil. Məsələ burasındadır ki, "Debüt” Kommersiya Bankı vaxtilə Fərhad Qəribova məxsus olub. 2024-cü ildən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev banka rəhbərlik etməyə başlayıb. Bu fakt bankın Fərhad Qəribovun nəzarətindən çıxması kimi izah edilir.

Beləliklə, Fərhad Qəribov "Debüt”ü əldən verdikdən sonra ləğv prosesində olan bank problemli kreditlərlə bağlı hərəkətə keçib.

İddialara görə, ilk addım daha böyük məbləğli kreditlərlə bağlı atılır ki, bu sırada Rəşad Qəribovun şirkəti ön sıralarda gəlir.

Fərhad Qəribov üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamanetdə 57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanıb.

Rəşad Qəribov vaxtilə "Debüt” Kommersiya Bankının Müşahidə Şurasının sədri olub. O, 2020-ci il parlament seçkilərində 57 saylı Kürdəmir seçki dairəsindən namizəd olsa da, uğur qazana bilməyib. Hazırda həmin dairəni parlamentdə Əminə Ağazadə təmsil edir. скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            279 18.06.24 22:25