Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:28 Rusiya XİN: "Paris İrəvandan öz məqsədləri üçün istifadə etməyə çalışır"  |     17:27 Lerikdə güclü qasırğa və dolu ciddi fəsadlar törədib  |     17:26 Şuşanın Daşaltı kəndində yabanı halda bitən çətənə bitkiləri məhv edilib  |     17:24 Oliqarx Leysan Məmmədovun oğlu "Sea Breeze"də yenidən dava saldı – Şok təfərrüat (VİDEO)  |     17:22 Kiyevdə hoteldə ABŞ səfirliyinin attaşesinin meyiti tapılıb  |     16:58 Aktyor: “Tiktokda hədiyyə istəyənlər dilənçidirlər”  |     16:31 İnternat məktəbinin sabiq xanım direktoru vəzifə saxtakarlığı törətdiyi üçün hakim qarşısında  |     15:52 Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib  |     15:29 Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin acı taleyi  |     15:21 Hava ilə bağlı XƏBƏRDARLIQ - Yağış, şimşək, QAR...  |     15:11 Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb  |     15:03 50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? - VİDEO  |     14:46 Keçmiş məhkum dələduzluğa görə tutuldu  |     14:36 Riki Martin Bakıda ilk dəfə konsert verəcək  |     14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |     13:20 Əcəmi metrosunun qarşısında dava: Ölən var  |    

Azərbaycan-Ermənistan sərhədinə tikanlı məftillər çəkilib - VİDEO

Azərbaycan və Ermənistan arasında aparılmış delimitasiya işləri nəticəsində müəyyən edilən sərhəd xəttinə tikanlı məftillər çəkilib.

"Qafqazinfo”nun "Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu barədə sakinlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.

Çakaten kəndinin sakinlərinə məşğuliyyətləri ilə bağlı sual ünvanlayan Paşinyan daha sonra onlara sərhədlərlə bağlı danışıb. O qeyd edib ki, bundan sonra əhalinin mal-qarası sərhəddən digər tərəfə keçə bilməz. Belə ki, sözügedən sərhəd dirəklərinə artıq tikanlı məftillər quraşdırılıb.

"Onsuz da indiyə qədər də keçə bilməzdilər, çünki orada sərhədçilər xidmət aparır”, deyə Paşinyan əlavə edib.

Qeyd edək ki, mayın 24-ü aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 17.06.24 22:27