Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:36 Riki Martin Bakıda ilk dəfə konsert verəcək  |     14:21 AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib  |     14:07 Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərin məzarları ziyarət olunub  |     13:56 Azərbaycan idmanında son 8 ilin rekordu  |     13:47 Qapısı açıq halda idarə olunduğu deyilən avtobusdan sərnişin yıxıldı - FOTO  |     13:32 Bakıda bu evlər kəskin BAHALAŞDI - VİDEO  |     13:20 Əcəmi metrosunun qarşısında dava: Ölən var  |     13:20 "WhatsApp"da yeni funksiya: Nömrələri yığıb zəng edə biləcəksiniz  |     13:18 Elşad Xosenin ailə FOTOsu  |     13:17 Ötən gün ölkə ərazisində 16 kiloqram narkotik aşkarlanıb  |     13:15 NATO-nun yeni baş katibi təsdiqlənib  |     13:14 İrəvan Bakıdan sülh sazişi ilə bağlı yeni təkliflər paketi alıb  |     13:13 50 nömrəli avtobusun sürücüsündən özbaşınalıq: "Nağd pulun yoxdursa, düş" - VİDEO  |     13:10 Çaylarda suyun səviyyəsi artıb  |     13:08 DİN-dən ƏMƏLİYYATLAR: "Qara bazar"da dəyəri üç milyon manat olan narkotik ələ keçirildi - VİDEO  |     13:06 Masazırda gənc qız hamamda boğuldu  |     12:42 Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb  |     12:09 Culian Assanj rəsmən azadlığa buraxılıb  |     12:05 "YouTube"dan daha bir YENİLİK  |     12:04 Gənc oğlan azyaşlı sevgilisi ilə cinsi münasibətdə oldu: "Anası da orada idi"  |    

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı - RƏSMİ

İyunun 15-də və 16-da ölkə ərazisində qeydə alınan 76, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.
 
İtkin düşmüş kimi axtarışda olan 20 nəfər ötən iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə tapılaraq aidiyyəti üzrə təhvil verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            162 17.06.24 13:08