Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az  |     22:27 Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq  |     22:20 Günəş vannası qəbul edənlərə onkoloqdan XƏBƏRDARLIQ  |     22:14 Zaqatalada FACİƏ: boğazında alça qalan kişi öldü  |     22:09 50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?  |     22:01 Azərbaycanlıdan rüşvət alan polis həbs olundu  |     21:58 Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı  |     21:51 “Azərkosmos”un vəzifələri artırılıb  |     21:46 “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi - Cəza aldı  |     21:40 Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib  |     21:33 “Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video  |     21:33 Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb  |     21:27 Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)  |     21:20 ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı  |     21:16 Bu imtahan pullu olacaq  |     21:11 Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi  |     21:02 Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq  |     20:55 Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək  |     20:50 Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb  |     20:41 Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib  |    

Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Kot-d'İvuar Respublikasının Komoe, Abican rayonlarında, Türkiyə Respublikasının Dənizli vilayətində, Amerika Birləşmiş Ştatlarının isə Vaşinqton, Nyu-York, Florida ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.

Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            234 24.05.24 21:01