Ötən il dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün sərf olunan vəsait açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az  |     22:27 Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq  |     22:20 Günəş vannası qəbul edənlərə onkoloqdan XƏBƏRDARLIQ  |     22:14 Zaqatalada FACİƏ: boğazında alça qalan kişi öldü  |     22:09 50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?  |     22:01 Azərbaycanlıdan rüşvət alan polis həbs olundu  |     21:58 Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı  |     21:51 “Azərkosmos”un vəzifələri artırılıb  |     21:46 “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi - Cəza aldı  |     21:40 Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib  |     21:33 “Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video  |     21:33 Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb  |     21:27 Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)  |     21:20 ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı  |     21:16 Bu imtahan pullu olacaq  |     21:11 Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi  |     21:02 Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq  |     20:55 Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək  |     20:50 Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb  |     20:41 Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib  |    

Ötən il dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün sərf olunan vəsait açıqlanıb

Keçən il Azərbaycanda dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərclərinə dövlət büdcəsindən 116,1 milyon manat vəsait yönəldilib.

Bu, “2023-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd olunub ki, bu göstərici 2022-ci illə müqayisədə 22 milyon manat və ya 23,4 faiz çoxdur.

Hesabat dövründə sosialyönlü xərclərə aid olan əməyin ödənişi xərclərinə 8130,1 milyon manat (2022-ci illə müqayisədə 664,3 milyon manat və ya 8,9 faiz çox), sosial ödənişlər üzrə xərclərə 4396,4 milyon manat (2022-ci illə müqayisədə 845,8 milyon manat və ya 23,8 faiz çox), ərzaq məhsullarının alınması və təminatı üzrə xərclərə 407,8 milyon manat vəsait yönəldilib.

Ümumilikdə məcmu olaraq sosialyönlü xərclər 2023-cü il dövlət büdcəsi xərclərinin 35,8 faizini və ya 13050,4 milyon manatını təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 1473,4 milyon manat və 12,7 faiz çoxdur.

Son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə sosialyönlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4 faiz-bənd, mütləq ifadədə isə 5289,1 milyon manat və ya 1,7 dəfə artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            195 23.05.24 20:12