COP29 iştirakçılarına keyfiyyətli turizm xidmətlərinin təşkili ilə bağlı planlar açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az  |     22:27 Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq  |     22:20 Günəş vannası qəbul edənlərə onkoloqdan XƏBƏRDARLIQ  |     22:14 Zaqatalada FACİƏ: boğazında alça qalan kişi öldü  |     22:09 50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?  |     22:01 Azərbaycanlıdan rüşvət alan polis həbs olundu  |     21:58 Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı  |     21:51 “Azərkosmos”un vəzifələri artırılıb  |     21:46 “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi - Cəza aldı  |     21:40 Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib  |     21:33 “Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video  |     21:33 Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb  |     21:27 Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)  |     21:20 ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı  |     21:16 Bu imtahan pullu olacaq  |     21:11 Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi  |     21:02 Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq  |     20:55 Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək  |     20:50 Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb  |     20:41 Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib  |    

COP29 iştirakçılarına keyfiyyətli turizm xidmətlərinin təşkili ilə bağlı planlar açıqlandı

Dövlət Turizm Agentliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələcək qonaqlara keyfiyyətli turizm xidmətlərinin təşkili ilə bağlı planlarını açıqlayıb.

"Report" xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova Agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, vahid sistemdə yerləşdirilən hotellər gələcək qonaqlara ilkin olaraq tövsiyə olunur: "Bu hotellərdə tədbirin keçiriləcəyi məkana birbaşa nəqliyyat xidməti də təşkil olunacaq. Həmçinin əlavə növbəti mərhələdə alternativ yerləşdirmə məkanlarının da satışa çıxarılması nəzərdə tutulur. Bizim üçün əsas məsələ COP29 tədbirinə gələcək qonaqlara keyfiyyətli turizm xidmətlərinin təşkilini təmin etməkdir. Bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən bir sıra tədbirlərin görülməsi də planlaşdırılır".

A.Hüseynova qeyd edib ki, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda 300-ə yaxın yerləşmə vasitəsinin 2 000-ə yaxın əməkdaşına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin keçirilməsi işlərinə başlanılıb. Bundan əlavə tərəfimizdən 200 turizm bələdçisinə təlimlər keçiriləcək, müvafiq sertifikatlar veriləcək, 1 000-ə yaxın turizm könüllüsü dəstək məqsədilə hotellərə təhkim olunacaqlar".

Agentlik tərəfindən hotel və restoranlar üçün veqan və vegetarian menyular hazırlandığını qeyd edən sədr müavini diqqətə çatdırıb ki, hotellərə qeyd edilən menyuların təqdimatı və qastronomiya ilə bağlı təlimlərin keçirilməsi də nəzərdə tutulub: "Həmçinin ölkə ərazisində olan parklar və qoruqlarda yerləşən mədəniyyət abidələrində abadlıq işlərinin aparılması, infrastrukturun yenilənməsi, qeyd edilən ərazilərə tur proqramlarının hazırlanması tədbirləri də davam etdirilir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            174 23.05.24 16:46