COP29-da iştirak edəcək qonaqların yerləşdirilməsi üçün onlayn platforma hazırlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:36 İşlənmiş elektromobil bazarı: Təklif çox, tələb az  |     22:27 Aİ Azərbaycanda minaların təmizlənməsi üçün əlavə 10 milyon avro ayıracaq  |     22:20 Günəş vannası qəbul edənlərə onkoloqdan XƏBƏRDARLIQ  |     22:14 Zaqatalada FACİƏ: boğazında alça qalan kişi öldü  |     22:09 50 yaşdan sonra səhər yeməyində nələrə fikir vermək lazımdır?  |     22:01 Azərbaycanlıdan rüşvət alan polis həbs olundu  |     21:58 Biləsuvarda 21 yaşlı oğlan özünü ağacdan asdı  |     21:51 “Azərkosmos”un vəzifələri artırılıb  |     21:46 “Elton Məmmədov bizdən 3 milyon rüşvət alıb” demişdi - Cəza aldı  |     21:40 Paytaxtda içki və ərzağa 5 milyarddan çox xərclənib  |     21:33 “Narkoman olduğunu öyrənəndə artıq gec idi...” - Video  |     21:33 Məşhur pilotun ailəsini şantaj edən ata və oğul saxlanılıb  |     21:27 Tacir Şahmalıoğlu vergi ödəmir? (VİDEO)  |     21:20 ABŞ administrasiyası Ukraynanın uğur strategiyası ilə bağlı öz baxışını açıqladı  |     21:16 Bu imtahan pullu olacaq  |     21:11 Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi  |     21:02 Bu şəxslərin hamısı gələn ilə qədər evlə təmin olunacaq  |     20:55 Sabah hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı təşkil ediləcək  |     20:50 Neymar karyerası ərzində qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb  |     20:41 Qapalı paylayıcı şəbəkələrin fəaliyyət qaydaları təsdiqlənib  |    

COP29-da iştirak edəcək qonaqların yerləşdirilməsi üçün onlayn platforma hazırlanıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək qonaqlara bu gündən etibarən vahid onlayn rezervasiya sistemindən yararlanmağa imkan yaradılıb.

"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova agentlik tərəfindən COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, rezervasiya sistemi əvvəlki COP tədbirlərində tərəfdaş olan beynəlxalq şirkət tərəfindən hazırlanıb:

"Hazırda sistemə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yerləşən 100-dən çox ulduz təsnifatlı hotellər, bir sıra yerləşmə kompleksləri daxildir. Yerləşmə obyektlərinə qiymətlərin təyin olmasında sahibkarlar müstəqil qərar veriblər".

Qeyd edək ki, vahid onlayn rezervasiya sistemi bu gün saat 17:00-da işlək vəziyyətdə olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            150 23.05.24 16:07