Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb |
Mojo.az Avto
Mojo.az Avto

Saxta gömrük "polkovniki"nə hökm oxundu: 86 min manata vəzifəyə "təyin edirmiş"...

11.05.2024 16:17 1 116
Saxta gömrük
Özünü Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kmi göstərib, xeyli sayda insanı işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Qəbələ rayonunda anadan olmuş, ali təhsilli Zaməddin Hüseynov (soyad şərti) insanlara qarşı dələduzluğu 28 May metrosu yaxınlığında yerləşən dükandan 110 manata aldığı Dövlət Gömrük Komitəsinin əməkdaşının geyim forması ilə törədib.

Təqsirləndirilən qurumun rəsmi geyim formasını geyinərək, "polkovnik" rütbəsində zərərçəkmiş şəxsləri inadırmağı bacarıb. Belə ki, Zaməddin sözügedən geyimdə zərərçəkmiş şəxslərə özünü Dövlət Gömrük Komitəsinin kadrlar idarəsinin və Komitənin İstintaq Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək, ümumilikdə onların 200 min manata yaxın vəsaitini mənimsəyib.

Vüsal adlı şəxsdən 3.300 manat, Rüstəmdən 23.400 manat, Vüqardan 86.000 manat, Etimaddan 17.825 manat, Emindən 10 min manat, Rövşəndən 11.000 manat, Cəlaldan 6.000 manat, Alıdan 4.000 manat pulu onları və ya qohumlarını Dövlət Gömrük Komitəsinə müxtəlif vəzifələrə düzəltmək adı ilə aldadaraq alıb.

O, zərərçəkmiş şəxslərlə görüşə hər dəfə "Rent a car"dan götürdüyü bahalı "Range Rover” və digər markalı avtomobillərlə gedib. Məqsədi 28 May metrosu yaxınlığında yerləşən dükandan aldığı geyimlə və bahalı avtomobillərlə ciddi adam görüntüsünü yaratmaq olub.

Zaməddin məhkəmədə ifadəsində bildirib ki, 2021-2022-ci illər ərzində bu cinayətləri tək törədib və əməlindən peşmandır. O, Dövlət Gömrük Komitəsində işləməyib, özünü Komitənin işçisi kimi təqdim edib və qeyd edilən şəxsləri işə düzəltmək adı ilə pullarını ələ keçirib.

Məhkəmənin qərarı ilə Zaməddin Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər