Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gömrük yığımlarının məbləği artırıldı - CƏDVƏL

07.08.2018 12:14 3 785
Gömrük yığımlarının məbləği artırıldı - CƏDVƏL
Baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib.

Median.Az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, qərarla gömrük rüsumları artırılıb. 

Belə ki, “Gömrük yığımlarının məbləğləri”ndə aşağıdakı dəyişikliklər edilib:

Malın gömrük dəyəri (AZN)Rüsum (AZN)
1000 manatadək15
1000 – 10 00060
10 000 – 50 000120
50 000 – 100 000200
100 000  - 500 000300
500 000 – 1 000 000600
1 000 000 və yuxarı1000

Qeyd edək ki, dəyişikliklə “Gömrük yığımlarının məbləğləri”nə 2.1.5-2.1.7-ci yarımbəndlər əlavə edilib. Bununla da gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olan mallar üzrə 300 manat, gömrük dəyəri 500 000 manatdan yuxarı və 1 000 000 manatadək olduqda 600 manat, gömrük dəyəri 1 000 000 manatdan yuxarı olduqda 1000 manat ödəniləcək.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2016-cı il, 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan gömrük yığımlarının məbləğləri aşağıdakı kimidir: 

Gömrük dəyəri 1 000 manatadək olduqda 10 manat, gömrük dəyəri 1 000 manatdan yuxarı və 10 000 manatadək olduqda 50 manat, gömrük dəyəri 10 000 manatdan yuxarı və 50 000 manatadək olduqda 100 manat, gömrük dəyəri 100 000 manatdan yuxarı və 500 000 manatadək olduqda 275 manat rüsum ödənilir.

Yeni qərarla yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün rüsum 30 manata, digər avtonəqliyyat vasitələri üzrə 25 manata qaldırılıb.

Belə ki, indiyə qədər yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün 20 manat, digər avtonəqliyyat vasitələri üçün 15 manat rüsum tələb edilirdi.
Qərar 30 gün sonra qüvvəyə minəcək.скачать dle 11.3

Son xəbərlər