Kür çayında suyun səviyyəsi azalıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |     16:20 Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?  |     16:09 Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO  |     16:03 Ararat Mirzoyan: “İki ölkə sülh müqaviləsini imzalamaqla məhdudlaşmamalıdır”  |     15:59 Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA (VİDEO)  |     15:35 Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR  |     15:22 COP29 töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib  |     15:20 Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO  |     14:10 Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO  |     13:53 Baş Prokurorluqdan Sumqayıtda azyaşlının ölümündə təqsirləndirilən məşqçi ilə bağlı MÜRACİƏT  |     13:33 Oğuzda əl qumbaraları və sursat aşkarlanıb  |     13:11 Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq  |     12:54 Röya Heydər Əliyevin doğum gününə həsr olunmuş layihəsini təqdim edib - VİDEO  |     12:52 Mayın sonunadək Şuşada "ASAN xidmət" mərkəzi açılacaq  |     12:51 Veteran pulları ilə bağlı sevindirici xəbər- 160 manat...  |     12:48 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir yolu bağlıdır  |     12:47 Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı  |    

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad və Əsrikçay-Əsrik Cırdaxan məntəqələrində isə dəyişməyib.

Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlı, Zabuxçay-Bozlu məntəqələrində suyun səviyyəsi 2, Tərtərçay-Vəngdə 1 santimetr artıb. Bərgüşadçay-Əliquluuşağı, Bəsitçay-Rəzdərədə və Tutqunçay-Comərddə suyun səviyyəsi 1 santimetr azalıb, Tərtərçay-Kəlbəcər məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb.

Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo və Lənkərançay-Sifidor məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Naxçıvan Muxtar Respublikası ərazisindən axan Gilançay-Nürgüt məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb, Naxçıvançay-Qarababa, Əlincəçay-Ərəfsə məntəqələrində isə suyun səviyyəsi dəyişməyib.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi saniyədə 498 kubmetr qeydə alınıb ki, bu da ongünlük normanın 70 faiz təşkil edir.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi 148 kubmetr/saniyə olub. Bu da ongünlük normanın 83 faizinə bərabərdir.

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb, su sərfi saniyədə 279 kubmetr təşkil edib. Bu da ongünlük normanın 34 faizini təşkil edir.

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10, Kür-Salyanda 1, Kür-Bankədə isə 3 santimetr azalıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 27.04.24 20:06