Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:42 G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər  |     21:31 Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO  |     21:17 Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA  |     21:06 Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə  |     21:05 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:35 Şəxsiyyəti müəyyənləşən şəhidin qızı: “Artıq gedə biləcəyimiz bir məzar var” - VİDEO  |     20:23 İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb  |     20:15 Azərbaycanda kənd yolları turizmin inkişafı üçün yararlıdırmı?  |     20:07 144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb  |     19:58 Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib  |     19:49 Lənkəranda avtobus piyadanı vuraraq öldürüb  |     19:39 Dini liderlər Bakıda və Şuşada bir araya gələcəklər  |     19:31 Banqladeşdə anomal istilər nəticəsində azı 10 nəfər ölüb  |     19:25 Əfqanıstanda məscidə hücum olub, 6 nəfər ölüb  |     19:17 Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO  |     19:10 Doha Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək verilib  |     19:02 Misir atəşkəs müqabilində HƏMAS-a 33 girovu azad etməyi təklif edib  |     18:49 Yaponiya tarixinin ən dağıdıcı SUNAMİLƏRİ  |     18:40 Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI  |     18:22 Məhkəmə Anar Məmmədli barədə qərar verib  |    

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO

Aprelin 16-da Bakı şəhəri, Sabunçu rayonunun Zabrat-1 qəsəbəsi, Babək küçəsi, 101A ünvanında yerləşən “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin inzibati ərazisində məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib.

AZƏRTAC xəbər verir ki, 1 741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram 169,392 qram və 62 700 ədəd həb (1 ton 527 kiloqram 101,231 qram heroin, 1 ton 372 kiloqram 034,257 qram marixuana, 172 kiloqram 565,992 qram tiryək, 93 kiloqram 610,043 qram həşiş, 145,697 qram kokain və 60 596 ədəd həb metadon, 372 kiloqram 265,438 qram və 2 104 ədəd psixotrop maddə) müxtəlif növ narkotik vasitələrin, psixotrop maddələrin və 58 860 ədəd çətənə bitkisinin, həmçinin 3 877 ədəd həb, 19 341 ədəd kapsul, 24 flakon, dörd ampula, 81,446 qram güclü təsir edən maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.

Məhv edilən narkotik vasitələrin qara bazar qiyməti 116 milyon 815 min manat təşkil edir.

















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 16.04.24 14:26