Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:01 Rumıniyalılar da Türkiyəyə pasportsuz gedə biləcək  |     21:58 Bu dünya çempionatı Bakıda baş tutacaq  |     21:49 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     21:44 Kişidən zorla 100 manat alan 3 yeniyetmə tutuldu  |     21:36 Rusiyada nüvə silahı təlimləri başladı  |     21:32 Bakıda adam bıçaqlayan şəxs: "Dişlərim olmadığı üçün meyvə bıçağı üzərimdə gəzdirərəm"  |     21:25 iPhone 15-də böyük endirimlər: Apple qiymətlərini azaltmağa məcburdur  |     21:21 Güləşçimiz Avropa çempionu oldu  |     21:13 Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!  |     21:07 Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ  |     21:00 17 yaşlı reper özünü güllələdi - FOTO  |     20:55 Bu səbəblər kişiləri qadınlardan uzaqlaşdırır - Psixoloqdan AÇIQLAMA  |     20:49 Qanunsuz mərc şirkətləri ilə mübarizənin 4 yolu  |     20:42 Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO  |     20:36 Cəlilabad sakini itkin düşüb  |     20:29 İxtisas imtahanlarında iştirak üçün ödənişin məbləği müəyyən edilib  |     20:22 Bakıda mənzildən meyit tapılıb  |     20:17 Bakıda bəzi ərazilərin elektrik enerjisi ilə təchizatında fasilələr olacaq  |     20:09 Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb  |     20:04 AQTA bu il 9 ölkəyə 105 bildiriş göndərib  |    

Yevlaxda Eldar şamlarının kütləvi qurumasının səbəbləri AÇIQLANDI - FOTO

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində, Yevlax rayonundan keçən hissəsində Eldar şamlarının kütləvi qurumasının səbəbləri məlum olub.

Bu barədə “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Xidmətinin, Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib.

O qeyd edib ki, son illər respublika ərazisində, xüsusilə də Aran bölgəsində şam ağaclarının kütləvi quruması halları müşahidə olunur. Qurumanın əsas səbəblərini müəyyən etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Aqrar Xidmətlər və Qida Təhlükəsizliyi agentliklərinin mütəxəssisləri ilə birgə monitorinqlər aparılıb və ağacların quruma səbəbləri araşdırılıb.

“Araşdırmalar və monitorinqlər zamanı məlum olub ki, son illər havaların isti, quraq keçməsi, qış dövründə şaxtalı günlərin sayının az olması, qlobal iqlim dəyişikliyi nəticəsində qrunt suların səviyyəsinin aşağı düşməsi bəzi ağacların, əsasən də Eldar şamlarının zəifləməsinə gətirib çıxarıb və ağac gövdələrində olan əsas ziyanvericilərin aktivliyi üçün münbit şərait yaranıb. Bu da zərərvericilərin say dinamikasında artıma gətirib çıxarıb. Əsas bizim müşahidə etdiyimiz zərərvericilər qabıq böcəkləridir ki, bu böcəklər ağacın qabığına sirayət edərək onun altına daxil olur və burada qoyulan yumurtalar, yumurtadan çıxan sürfələr floema qatını zədələyir, ağacda gedən maddələr mübadiləsi prosesinin pozulmasına səbəb olur. Bu xəstəliklərin də yayılmasının əsas səbəbi zərərvericilərin qabıq altında hərəkət etməsidir. Bunun da nəticəsində ağaclarda bir neçə ay, bəzən də bir neçə həftə içərisində kütləvi quruma halları müşahidə olunur. Bu xəstəliklərin yayılmasının ağaclarda ilkin əlamətləri odur ki, ilk olaraq yarpaqlar saralır, daha sonra qızarır və nəticədə ağaclar getdikcə quruyur. İsti havalarda isə xəstəliyin təsiri nəticəsində ağaclar daha sürətli şəkildə, 10-15 gün içərisində quruyaraq sıradan çıxır”, - V.Fərzəliyev bildirib.

O, ərazidəki quruyan ağacların nömrələndiyini, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə onların bir hissəsinin artıq ərazidən götürüldüyünü vurğulayıb:

“Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır”.

Xidmət rəsmisi onu da qeyd edib ki, sahə meşə əkininə hazırlandıqdan sonra ərazidə yerli şəraitə uyğun yeni ağaclar əkiləcək.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 30.04.24 21:31