G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 Həbib və Konor yenidən qarşılaşacaq - Gözlənilən görüş  |     19:26 Narkotikin təsiri altında qəza törədən aktyor 5 il həbs oluna bilər  |     19:21 İşsizlikdən Sığorta Fondunun büdcəsi Naxçıvanı da əhatə edəcək  |     19:14 Türkiyəli nazir müavini COP29-a qatılıb  |     19:01 Leyla Əliyeva COP29 çərçivəsində Qlobal Liderlərin Dialoqunda iştirak etdi  |     18:53 BCM Benyamin Netanyahu və Yoav Qalantın həbsinə order verdi  |     18:44 "Milan" futbolçusu ilə razılığa gəlib  |     18:41 Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     18:22 "Chrome" ləğv olunur - "Google"a inanılmaz tələblər  |     17:56 Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib  |     17:45 Azərbaycanda "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" dəyişib  |     17:26 "Qarabağ"ın futbolçusu üç həftə yaşıl meydanlardan kənarda qalacaq  |     17:18 Qəzzada ölənlərin sayı 44 minə yüksəldi  |     16:51 Türkiyə kəşfiyyatçıları İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb  |     16:42 Nazir: Gələn il işədüzəltmə ilə bağlı hədəf 130 min nəfərdir  |     16:35 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ  |     16:21 Azərbaycanda alimentin məbləği artırılır  |     16:11 Gəncədə qadın sirkə içib öldü  |     16:05 Niyam Rəmişin xanımını işdən çıxardıb?  |     15:55 Karantin cərimələri silinə bilərmi? - Hüquqşünasdan açıqlama  |    

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

“Böyük yeddilik” (G7) ölkələrinin energetika nazirləri 2035-ci ilədək kömürdən imtina etmək barədə birgə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, yekun qərarın bu gün dərc olunacağı gözlənilir.

Məlumata görə, İtaliyanın Turin şəhərində aprelin 29-da keçirilən görüşdə yeddi ölkənin iqlim, energetika və ətraf mühit nazirləri elektrik enerjisi istehsalında kömürdən istifadədən mərhələli şəkildə imtina olunması barədə razılaşıblar.

“Texniki saziş mövcuddur”, - deyə İtaliyanın energetika naziri Cilberto Piketto-Fratin bəyan edib.

“Böyük yeddilik” kömürlə işləyən elektrik stansiyalarının 2023-cü ildə bağlanmasına dair konkret addımlar atmaq qərarına gəlib. Lakin konkret qrafik razılaşdırılmayıb.

“Bu, ötən il Dubayda COP28-də nail olmadığımız tarixi sazişdir”, - deyə Böyük Britaniyanın energetika naziri Endryu Boui “Class CNBC”yə müsahibəsində bildirib.

O vurğulayıb ki, “Böyük yeddilik” ölkələrinin hazırda dünyaya mərhələli şəkildə kömürdən imtina olunması barədə ümumi siqnal göndərməsi faktı sadəcə inanılmazdır.

Yekun saziş mədən yanacağından istifadədən faktiki imtina olunması istiqamətində ilk konkret addıma çevriləcək. Məsələn, G7 ölkələrini qəbul edən İtaliya 2022-ci ildə əvvəlki kimi öz elektrik enerjisinin 4,7 faizini kömürlə işləyən bir neçə elektrik stansiyasında istehsal edib. Roma hökuməti hazırda sistemləri 2025-ci il üçün dayandırmağı planlaşdırır, Sardiniyada son müddət 2028-ci ildir.

Lakin Almaniya və Yaponiyada kömür daha böyük rol oynayır. Almaniya Federal Statistika İdarəsinin mart ayında verdiyi məlumata görə, kömürlə istehsal olunan elektrik enerjisinin payı 2023-cü ildə 26 faiz təşkil edib. Bu, onu Almaniyada elektrik enerjisi istehsalı üçün ikinci ən mühüm enerji mənbəyinə çevirib. Federal Respublika 2020-2038-ci illər dövründə kömürdən mərhələli şəkildə imtina edilməsini qanunla müəyyənləşdirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 30.04.24 21:42