“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:54 Moskvada “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert keçirilib  |     19:53 “Ağ çiçəyim”dən geriyə qalanlar - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - VİDEO  |     19:46 Nobel laureatları İranı məsuliyyətə cəlb etməyə çağırıblar  |     19:38 Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?  |     19:17 Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib  |     19:11 Türkiyədə 120 nəfər qidadan zəhərlənib  |     19:06 “Yuventus” 15-ci dəfə İtaliya Kubokunu qazanıb  |     18:59 Peruda transgenderlər psixi pozğunluğu olan insanlar kimi təsnif ediləcək  |     18:51 Rusiya klubunun 15 yaşlı oyunçusu faciəvi şəkildə vəfat edib  |     18:40 Nikolo Zanyolo İtaliya millisindən kənarlaşdırılıb  |     18:07 Slovakiyanın prezidenti güllələnən baş nazirin son durumunu AÇIQLADI  |     17:52 Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO  |     17:42 "Molokan" bağının ətrafı niyə "HASARLANIB"? - BŞİH səbəbi AÇIQLADI (FOTO)  |     17:38 Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq  |     17:36 DİQQƏT - Sabah Azərbaycanda 12 mindən çox abonentin qazı kəsiləcək  |     17:33 Bu teatrlara “milli” statusu VERİLDİ  |     17:27 Bu tibb məntəqəsində rentgen müayinəsi dayandırıldı - FOTO  |     17:16 Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ  |     17:04 Abşeronda "KamAZ" qaçırıldı  |     16:59 Qusarda bələdiyyə sədri HƏBS EDİLDİ  |    

“Türk Hava Yolları” “Airbus” və “Boeing”dən 235 təyyarə alacaq

“Türk Hava Yolları” aviaşirkəti inkişaf strategiyası çərçivəsində “Airbus” və “Boeing” kimi təyyarə istehsalçıları ilə onlardan 235 təyyarə almaq üçün danışıqlar aparır.

Bu barədə Türkiyənin milli aviadaşıyıcısının Direktorlar Şurasının sədri Əhməd Bolat İstanbulda “Airbus” və “Rolls-Royce” şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.

Qeyd edək ki, “Türk Hava Yolları”nın 10 illik inkişaf planı şirkətin aviaparkının 600-ə yaxın təyyarə ilə artırılmasını nəzərdə tutur. 2023-cü ilin dekabrında aviaşirkət “Airbus”dan 70 milyard ABŞ dolları dəyərində 355 ədəd təyyarə (“A312 Neo”, “A350-900”, “A350-1000”, “A350F”) almaq üzrə müqavilə imzaladığını elan edib.

Hazırda “Türk Hava Yolları”nın parkında, əsasən yeni nəsil (“Airbus” və “Boeing”) olmaqla, 440 təyyarə var. Şirkət dünyanın aparıcı aviadaşıyıcılarından biridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 29.04.24 21:51