Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:31 Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var  |     18:00 Acı yemək sağlamlığa necə təsir edir?  |     17:46 Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi  |     17:42 Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı  |     17:18 Deputat: "Paşinyan istefa məsələsini heç kimlə müzakirə etmək niyyətində deyil"  |     17:07 Gəncə Dövlət Dram Teatrına "Milli" Teatr statusu verilib  |     17:04 Azərbaycanda düyünün qiyməti BAHALAŞACAQ - SƏBƏB  |     16:54 Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi  |     16:40 “Crocus City Hall” terror aktı işi üzrə 12 müttəhim barədə məhkəmə qərarı elan edildi  |     16:27 Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu  |     16:15 Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI  |     16:14 Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi tikməyi planlaşdırır - VİDEO  |     15:58 Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO  |     15:38 Füzuli, Ağdam və Cəbrayılın 29 kəndində və Horadizdə yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi dayandırılıb  |     15:30 Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO  |     15:16 Bakıda iki il əvvəl yoxa çıxan kişi TAPILDI  |     15:14 Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu  |     15:12 Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb  |     15:08 Məşhur aparıcı AzTV-dən getdi  |     13:57 Bu şirkət 20 min manat cərimələndi  |    

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanılıb - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini “beh” qismində dələduzluq yolu ilə ələ keçirən 1980-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Həsənov Elman saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində onun elan saytlarında gündəlik olaraq ən çox yerləşdirilən məlumatlardan saxta elanlar düzəltdiyi müəyyən olunub.

E.Həsənov digər şəxslərin adına olan mobil nömrələrdən istifadə etməklə onunla əlaqə saxlayan vətəndaşlara həmin məhsulları satacağı vədi verərək müxtəlif məbləğlərdə “beh” alıb. Zərərçəkənlər göndərdikləri pulları həmin şəxsin özünə aid olmayan bank hesab kartlarına köçürüblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            153 30.04.24 19:17