İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:02 Müdafiə Sənayesi Nazirliyində yeni təyinat  |     14:55 Eminemin qızı ailə həyatı qurdu - FOTO  |     14:47 Bakıda 62 illik körpüdən geriyə qalanlar - VİDEO  |     14:44 "International Policy Digest": Sülhməramlıların Qarabağdan çıxarılması davamlı sülhə gətirə bilər  |     14:29 Məhkəmə Əziz Orucov barədə qərar verib  |     14:21 Spirtin həftəlik dozası açıqlandı - Aşılması insult və xərçəng riskini artırır  |     14:13 Ekspert: "Metro stansiyalarının çıxışlarında leşdən hazırlanan kolbasalar satılır"  |     14:02 Az duz qəbul etmək bir çox xəstəlik riskinin qarşısını alır  |     13:56 Keçmiş deputat Hacı Salayevin məhkəməsi: "Lift quraşdırmaq üçün 90 min avro verdim"  |     13:45 Bu işçilərə kompensasiya veriləcək – Yeni qanun  |     13:37 Sabah Bakıda 25° isti olacaq  |     13:28 "Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO/VİDEO  |     13:25 Azərbaycanın bir şəhərində bəzi attraksionların istismarı dayandırıldı - VİDEO  |     13:24 Dünyanın ən təhlükəli balığı ilə bağlı turistlərə və əhaliyə xəbərdarlıq olunub  |     13:18 Məktəbli oğlanlara çılpaq şəkillərini göndərdi, güllələndi - Şəmkirdə baş verən hadisənin TƏFƏRRÜATI  |     13:15 Bakıda Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Xasiyevlə vida mərasimi keçirilib  |     13:13 Təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanıldı, narkotik qəbul etdiyi məlum oldu  |     13:12 Gömrük rəsmiləşdirilməsi ilə bağlı yeni PORTAL yaradılır - RƏSMİ  |     13:11 İtaliyada onlarla zəlzələ qeydə alınıb: Son 40 ilin ən güclü təkanları təkrarlana bilər  |     13:09 Bakıda kişi sirkə turşusu içib özünü öldürdü  |    

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlanıb

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a verilən məlumata görə, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri − “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən Azərbaycana ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

Məlumatda qeyd edilib ki, müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 30.04.24 20:23